GİRİFTAR

sif. [ fars. ] Tutulmuş, düçar, mübtəla.
[Pişik siçana dedi:] Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən. S.Ə.Şirvani.

□ Giriftar etmək – düçar etmək, məruz qoymaq, mübtəla etmək.
Gər səhhətə qadir olsa bimar; Dərdə özün eyləməz giriftar. Füzuli.

Giriftar olmaq – tutulmaq, düçar olmaq, məruz qalmaq, mübtəla olmaq. Dərdə giriftar olmaq.
– Hər halda, əvvəl binadan yazıq taybuynuz öküzün günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. F.Köçərli.
Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. C.Məmmədquluzadə.
Biçarə [Zeynal] cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Çəmənzəminli;
// eyni mənada “eşqə” sözü ilə – aşiq olmaq, vurulmaq.
Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif.
Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİRİFTAR giriftar bax mübtəla 1
GİRİBAN
GİRİFTARLIQ

Digər lüğətlərdə

...ку́бовый акри́ды безрасчётливый востроно́гий гипсометри́чески запах лексикализо́ванный лесоперева́лочный наркомани́ческий никониа́нка балка́рец затвердева́нье ка́менка секу́ндочка систематиза́тор сса́ние тархан cut-off dithecous esotery hexadic prophet unblemished биоценология затыльник