GİRYAN

sif.zərf [ fars. ] klas. Ağlayan, sızlayan, ağlağan, ağlar.
Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. Füzuli.

□ Giryan etmək (eləmək) – ağlatmaq, sızıldatmaq, gözü yaşlı etmək.
Bir günüm sənsiz əgər keçsə min əfğan edərəm; Səndən ötrü bütün övladımı giryan edərəm. M.Ə.Sabir.

Giryan olmaq (bəzən “gözü”, “didəsi” sözləri ilə) – ağlamaq, göz yaşı tökmək.
Olduqca əlində oldu xəndan; Düşdükcə əlindən oldu giryan. Füzuli.
Dərdindən didəsi giryan olmuşam… M.P.Vaqif.
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİRYAN giryan bax ağlağan

Etimologiya

  • GİRYAN Farsca qeristən (ağlamaq) feili ilə bağlıdır, qrammatik əsası qeridir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
GİRVƏNKƏLİK
GİRYƏ

Digər lüğətlərdə

горчи́чный пласти́да подыма́ться ультранационали́ст франти́ть везе́нье главвра́ч лохма́тить невня́тный парамагнети́ческий пересы́льный подви́жничество полиплои́д проре́живать софи́ст эроди́ровать brook trout disproven golden-eye hadst heave off LSD scumble поярковый чреватый