GİRƏCƏK

is.
1. Qapı ağzı, kandar, astana. Qazmanın girəcəyi. Girəcəkdə dayanmaq.
– Sürətlə gedən maşın hündür bir evin girəcəyində durdu. Q.İlkin.

2. Giriş; daxil olmaq, girmək üçün yer, yolun ağzı.
Səlim … uçub girəcəyə tökülmüş torpaqdan yana … yığmağa başladı. Ə.Əbülhəsən.

3. Bir yerin başlanan hissəsi: başlanğıc, giriş. Kəndin girəcəyi. Parkın girəcəyi. Bağın girəcəyində bir heykəl yüksəlir. – [Mirzə İsmayıl:] Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz.
Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar… Ə.Haqverdiyev.

4. Böyük otaqların qarşısında olan kiçik otaq, şüşəbənd və s. Girəcəkdə oturmaq.
– Bağır xurcunu aynabəndin girəcəyinə qoyub, üzünü Nazlıya tutdu… İ.Məlikzadə.

// Sif. mənasında.
İçəridə, yəni sol tərəfdəki girəcək otaqda üç adam var idi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİRƏCƏK girəcək bax 1. qapı 1; 2. astana
  • GİRƏCƏK başlanğıc
GİRDİRMƏK
GİRƏLƏMƏ

Digər lüğətlərdə

антиге́нный наворо́тный па́терство сыно́вий чле́нский автотра́нспортник во всё го́рло издёрганный многолю́дье разме́нник рво́тный ума́зываться скопец flash-man fly-strike foreknow lioncel swamp maple аргентинец поинтересоваться производительный пятерня синдицировать тавтология удлинять