GÜLLÜK, ÇİÇƏKLİK [Vəzir:] Şərqilər oxuyan xınalı kəklik; Sizi qarşılayan güllük, çiçəklik (S.Vurğun); BAĞÇA-BAĞ İşlədikcə daha da; Çoxalır həvəsləri; Bürüyür bağça-bağı; Uşaqların səsləri (M.Rzaquluzadə); BAHARISTAN (məc.) Dəbistan bir bəharistan, onun əzhari irfandır (M.Hadi); BUSTAN (kl.əd.) Neçin səndə var daim bir xəzan; Haçan gül açarsan, ey bustan? (M.S.Ordubadi); GÜLŞƏN Rəqib elə gülşəndə səni seyr edən görsəm; Səni qızılgülə, əğyarı xarə bənzədirəm (M.Seyidzadə); GÜLÜSTAN Gözlərim yari yenə bağda, gülüstanda görür (S.Rüstəm); GÜLZAR (şair.) Seyrə çıx gülzara, bahar çağıdır; Çiçək ətir yayır, kədər dağıdır (M.Rahim); GÜLZARLIQ Gülzarlıqla alov arasında uca sədd çəkilmişdi, onu keçmək qabil deyildi (Çəmənzəminli).