GÜLMƏK

f.
1. Müəyyən bir hiss nəticəsində (məs.: sevindikdə, şənləndikdə, gülməli və ya mənasız bir şey gördükdə), habelə bəzi əsəb sarsıntıları anında xarakterik səslər çıxararaq öz duyğusunu bildirmək (ağlamaq əksi).
Zəmani-hicrdə gəh ağlayıb, gəhi gülləm. S.Ə.Şirvani.
Hamı duyub bu halı, gülüb qaqqıldaşdılar. S.Vurğun.

2. İstehza etmək, ələ salmaq, masqaraya qoymaq, lağ etmək. Gülmə qonşuna, gələr başına. ( Ata. sözü ).
Qıraqdan baxanlar onun qorxaqlığına gülmüşdülər. Mir Cəlal.

3. məc. Xoş bir xəbərdən, yaxşı bir hadisədən sevinmək, şadlanmaq.
4. məc. Sevinc ifadə etmək.
Güldü yarpaq, coşdu irmaq, güllər oynadı. C.Cabbarlı.
Təbiət gülür, çiçəklər, quşlar … sevinc içindədirlər. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜLMƏK GÜLMƏK Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyə (C.Məmmədquluzadə); DİŞLƏRİNİ AĞARTMAQ (səbəbsiz gülmək) (fr
GÜLMƏXMƏR
GÜLMƏLİ
OBASTAN VİKİ
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülməkan (Xudabəndə)
Gülməkan (fars. گلمكان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (32 ailə).

Digər lüğətlərdə

бетони́рование вонзи́ть изыска́ние недопи́санный непроница́тельность очеретя́ный по́темну разборонова́ть фитопрепара́т черня́вый бода́ться из конца́ в коне́ц клочкова́тый объявле́ние прики́нуться усме́шка небо countless downcountry ink duplicator muckworm tension бесконтрольно профессионалка эпистолярный