GƏRDƏNBƏND

is. [ fars. ]
1. Boyunbağı (qadın bəzəyi). Gərdənbənd taxmaq.
– …Övrətlər baş örtülərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı; boğazı və gərdənbəndləri görsənərdi. C.Məmmədquluzadə.
[Hacı Kamyab] …mücrüdən bir ədəd mirvari gərdənbənd çıxardıb qızının boynuna keçirdi. Ə.Haqverdiyev.
[Çimnazın] boynundan salxım-salxım qızıl gərdənbəndlər, zəncirlər və sap-sap mirvari boyunbağılar asılmışdı. Ə.Məmmədxanlı.

2. bax gərdənlik 1-ci mənada. Atın gərdənbəndi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GƏRDƏNBƏND gərdənbənd bax boyunbağı 1
GƏRDƏN
GƏRDƏNBƏNDLİ

Digər lüğətlərdə

бланширова́ние губоцве́тные капитуля́ция недоби́ток новоизобретённый периоди́чный пило́вочник телефа́ксный гексахлора́н трю́фельный холоде́ц котуль antipope dying-out firebrick logician revolute thorn-hedge travel bag tubiform water pump wittily отнимать передёргиваться протекционизм