1. Gəzərək, yeriyə-yeriyə, hərəkət edə-edə. Gəzə-gəzə danışmaq.
– Rüstəm bəy otaqda gəzə-gəzə öz-özünə danışarkən qapı taqqıldadı.
İndi professor xiyabanda tək-tənha gəzəgəzə bunları da xəyalında dolandırırdı.
2. Bir çox yerləri dolaşaraq, gəzərək. Gəzə-gəzə kəndə çatdı.
– [Qarı:] Gəzə-gəzə sən də gəldin buraya; Eşitdiyin şəhri-Tiflis buradır. “ ”.
3. Yavaş-yavaş, ağır-ağır, tələsmədən yeriyə-yeriyə. Gəzə-gəzə getmək.
– Dəmirovgil gəzə-gəzə xırmanların üstünə tərəf gəlirdilər.
[Qələndər:] Qatar gecə yarısı gəlir. Dedim, elə piyada gəzəgəzə gedərəm…