HIÇQIRTI bax hıçqırıq. Rəhilənin hıçqırtısını eşidən xəstə qadınların gözləri bizə zilləndi. M.Hüseyn. Bir himə bənd olan bir qərib kəsin; Könül hıçqırtısı, iç hönkürtüsü. B.Vahabzadə.