HƏNGAMƏ

is. [ fars. ] Qovğa, mərəkə, gurultu, gurultu-patırtı.
Bu nə həngamədir? – …Fəxrəddin bu qədər böyük və dəhşətli həngaməni birinci dəfə gördüyü üçün qorxmuşdu. M.S.Ordubadi.
[Şəms Xəlilə:] Şəhərdən güllə səsləri gəlir.
Yenə bu nə həngamədir, bilmədiniz? Ə.Məmmədxanlı.

// Gurultulu mənzərə, tamaşa, məclis. Cavanlar dünən yaman həngamə düzəltmişdilər.
– Aşıq Ələsgər neçə ilin aşığıydı, amma belə həngamə heç harda görməmişdi. Aşıq Ələsgər”.
[Xəlil:] Nə gördüm, büsat və həngamə, vur-çatlasın, toy. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏNGAMƏ qarışıqlıq — şuluqluq — qovğa — mərəkə — çaxnaşma — hərc-mərclik
HƏNGAM
HƏNİR

Digər lüğətlərdə