HƏYƏCANLI

sif.
1. Həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş.
Məhərrəm bütün ömründə bu qədər həyəcanlı olmamışdı. H.Nəzərli.
Sevinc İsmayılzadəyə: – Sizə nə olub, niyə belə həyəcanlısınız? Z.Xəlil.

// Həyəcan, təlaş, iztirab, narahatlıq ifadə edən. Həyəcanlı nəzər. Həyəcanlı sözlər.
– Biz bu həyəcanlı baxışlarda insan ürəyinin ən əziz, ən müqəddəs hisslərini oxuyuruq. M.İbrahimov.

// Həyəcan, iztirab doğuran. Həyəcanlı xəbər.
– Birdən eşitdiyim həyəcanlı bir səs məni yuxudan ayıltdı. S.Hüseyn.

[Səfər və Tanrıverdi: həyəcanlı bir səslə:] – Allah özü bağışlasın.
Qurban da belə getdi… A.Şaiq.

// Həyəcan və iztirabla dolu; təşvişli, iztirablı. Həyəcanlı anlar.
– Neft və milyonlar şəhəri Bakı həyəcanlı günlər keçirirdi. M.Hüseyn.

// Zərf mənasında. Həyəcanlı danışmaq.
[Qonaq Mollanın] hirsli-hirsli təsbeh çevirdiyini, həm də çox həyəcanlı olduğunu sezdi. İ.Şıxlı.

2. məc. Coşqun, təlatümlü, dalğalı. Həyəcanlı dəniz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏYƏCANLI qorxulu — iztirablı — təşvişli
  • HƏYƏCANLI əsəbi — acıqlı — qəzəbli — hiddətli — coşğun — hərarətli — qızğın — səksəkəli

Antonimlər (əks mənalı sözlər)

  • HƏYƏCANLI HƏYƏCANLI – SAKİT Əsmət həyəcanlı gəldi haraya; Polad itələdi kənara onu (M.Rahim); Şirzad adəti üzrə sakit görünürdü (M
HƏYƏCANLANMAQ
HƏYƏCANSIZ

Digər lüğətlərdə