HALQALANMAQ

məch.
1. Quşun ayağına və ya balığın quyruğuna halqa keçirilmək.
Halqalanmış ( f.sif. ) quş başqa bir yerdə öldürüldükdə quşun ayağında olan halqa göstərilən ünvan üzrə lazımi yerinə göndərilir, … quşun vurulduğu yer və tarix xəbər verilir. Zoologiya”.

2. Dövrəyə alınmaq, mühasirəyə alınmaq, dövrələnmək.
3. Halqa kimi olmaq, halqa şəklinə düşmək, burum-burum olmaq. [Kərəm:] Oynadı, külahı düşdü sərindən; Halqalandı zərif tellər, oynadı. “Əsli və Kərəm”.
Yel əsdi, meşə dindi; Sərvlər silkələndi; Suya qağayı endi; Halqalandı dalğalar. N.Xəzri.

4. məc. Təəccübdən, heyrətdən və s. bərələ qalmaq. Qonşumun gözləri halqalandı.
Birinci dəfə idi ki, o, qızından belə “iftira” eşidirdi. S.Rüstəm.

HALQALANMA
HALQAŞƏKİLLİ

Digər lüğətlərdə