HAŞİYƏLİ

sif. Haşiyəsi olan, kənarları haşiyələnmiş. Haşiyəli süfrə. Haşiyəli döşəmə.
– Yunis … göy haşiyəli dəsmalı ilə alnının tərini sildi. Mir Cəlal.
Hənifə balağı haşiyəli tumanı ilə torpaq döşəməni süpürəsüpürə eşiyə yüyürdü. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAŞİYƏLİ köbəli — çərçivəli — dövrəli
HAŞİYƏLƏNMƏK
HATƏM
OBASTAN VİKİ
Haşiyəli parabüzən
Haşiyəli parabüzən (lat. Coccinula sinuatomarginata Fabr.) — Mənənələrlə qidalanır. == Biologiyası == Mənənələrlə qidalanır. Sutkalıq aktivliyi izlənərkən aydın olmuşdur ki, əsasən səhərlər və axşamçağılar dah fəal olurlar. İsti yay günlərində sükunət halı keçirirlər. Qanadüstlüyü qara olub, əsasən hər tərəfdə 2 bütöv və çiyninə yaxın hissədə bir ədəd yarımçıq sarı nöqtələri var. Böyüklüyü 3-3,5 mm-dir. Bığcığı buğumlu olub, uc hissəsi toppuzvaridir. Baş hissə sarımtıl olub, gözlər aydın nəzərə çarpır. == Yayılması == Qərbi Avropada, Kiçik Asiyada, İranda, (Mərənd) və Qafqazda yayılmışdır.

Digər lüğətlərdə