HODAX

I
(Basarkeçər, Borçalı, Qazax, Tovuz)
kotana və s. qoşulan üç cüt öküzün birinci cütü. – Birinci cütə hodax, ikinci cütə qaraqayış, üçüncü cütə hörüx’ de:rix’ (Qazax)
II
(Basarkeçər, Bərdə, Gədəbəy, Qarakilsə)
kotana qoşulmuş öküzləri sürən cütçü. – Həsən əmi, hodağın kimdi? (Basarkeçər); – Hodax sə:r tezdən tarlaya getdi (Bərdə)
HO:ÇU
HODAXÇI