HÖCƏT

HÖCƏT [Piri baba:] Əlimərdan atası kimi təkəbbürlü, kinli, höcət qoçaq bir dəliqanlıdır (S.S.Axundov); İNAD Zabit: Xeyr, cənab mayor, bu çox inad adamdır (R.Rza); İNADÇI Pavluşa, sən inadçısan, – dedi (M.S.Ordubadi); İNADKAR Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının dərinliyinə (S.Vurğun); İNADLI Mehriban inadlı bir qız idi (M.Hüseyn); KƏC Qapıçı: Yaxşı tanıyıram kəc əxistanı (M.Rahim); TƏRS (məc.) Vəzir: O müəllim çox tərs adamdır (R.Rza); HÖCƏTÇİ, HÖCƏTKAR, İSRAR.

HOVUZ
HÖCƏTÇİ

Digər lüğətlərdə