HÜY

(Qazax)
qarğış
◊ Hüy töx’məx’ – qarğamaq. – Dünənnən bəri ağlayıf, hüy tökör
HÜVƏR
HÜZƏR
OBASTAN VİKİ
Hüygens-Frenel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Hüygens-Freznel prinsipi

Kassini-Hüygens (kosmik gəmi)
Çox zaman təkcə Kassini adlandırılan Kassini - Hüygens (Cassini - Huygens) kosmik - tədqiqat missiyası NASA, Avropa Kosmik Agentliyi (European Space Agency - ESA) və İtaliya Kosmik Agentliyinin (Italian Space Agency - ASI) birgə layihəsidir və planet Saturnu, onun halqaları və təbii peykləri daxil olmaqla Saturnun sistemini tədqiq etməyə göndərilmişdir. Flaqman sinfi kosmik gəmi həm NASA-nın Kassini zondundan, həm də Saturnun ən böyük təbii peyki olan Titana eniş edən ESA-nın Hüygens landerindən (lander-Aya və ya başqa planetlərə eniş etmək üçün dizayn olunan kosmik gəmi) ibarətdir. Kassini Saturnu araşdırmaq üçün göndərilən dördüncü, Saturnun orbitinə daxil olmağı bacaran ilk kosmik cihaz idi. Bu iki kosmik gəmi adlarını Giovanni Kassini və Kristian Hüygens astronomlarından almışdır. 15 oktyabr 1997-ci ildə Titan IVB / Centaur-dan xaricə çıxarılan Kassini təxminən 20 il kosmosda fəaliyyət göstərdi, 1 iyul 2004-cü ildə Saturnun orbitinə daxil olduqdan etibarən 13 il Saturnun orbitində fırlandı, planeti və sistemini öyrənməyə sərf etdi. Saturna səyahətə Venera (aprel 1998 və iyul 1999), Yer (Avqust 1999), 2685 Masurski asteroidi və Yupiterin (2000 dekabr) səthindən alçaqdan uçuş daxildir. Missiya 15 sentyabr 2017-ci ildə, Kassininin traektoriyası Saturnun yuxarı atmosferinə daxil olduqda və Saturnun təbii peyklərinin çirklənmə riskinin qarşısını almaq üçün yandırılmaqla sona çatdı. Missiya gözləntilərdən yüksəkdə uğura imza atdı - NASA-nın Planet Elm Bölməsinin direktoru Cim Qrin Kassini-Hüygens-i Saturn sistemi, təbii peykləri və halqaları, Günəş sistemində yaşamın harada ola biləcəyi anlayışı da daxil olmaqla insanların düşüncəsində inqilab edən "ilklərin missiyası" olaraq xarakterizə edir. Kassini-nin tərtibatçıları əvvəlcə 2004-cü ilin iyunundan 2008-ci ilin mayına qədər dörd il müddətinə bir missiya təyin etmişdilər. Missiya Kassini Bərabərlik Missiyası (Cassini Equinox Mission) adı altında 2010-cu ilin sentyabrına qədər 2 il müddətində uzadıldı.
Səfiyyə binti Hüyey
Səfiyyə binti Hüyey (ərəb. صفية بنت حيي‎; təq. 610, Mədinə – 670, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri. Mədinə yəhudilərindən olan Bəni Nadir qəbiləsinin rəisi Hüyey ibn Əxtabın qızı. == Bioqrafiyası == Səfiyyə binti Hüyey təxminən 610-cu ildə anadan olmuşdur. Onun atası Huyey ibn Əxtab Məhəmməd peyğəmbərin və müsəlmanların qatı düşməni olduğu üçün ənsarlarla mühacirlər arasında çəkişmə fürsətini əldən verməmiş, Qüreyşlə ittifaqa girmişdir. İlk əri Sallam bin Mişkam əl-Qureyzə qəbiləsinin məşhur şairi idi, lakin onların evliliyi uzun sürməmişdir. Onun ikinci əri Bəni Nadir qəbiləsinin nümayəndələri arasında yüksək mövqeyə malik olan Kənan ibn ər-Rəbi ibn Əbu əl-Hukayk idi. == Xeybər döyüşü == Mədinənin yəhudi qəbilələri (Bəni Kayinuka, Bəi Nadir və Bəni Qureyzə) müsəlmanlarla bağladıqları müqavilələri pozduqdan sonra onlar qovulur və Bənu Nadir Xeybərdə məskunlaşır. Mədinədən qovulduqdan sonra Səfiyyənin atası Məhəmməd peyğəmbərlə düşmənçiliyindən əl çəkmir.
Xristian Hüygens
Xrisitian Hüygens (nid. Christiaan Huygens, d. 14 aprel 1629 – ö. 8 iyul 1695) — Niderland riyaziyyatçısı, fizik, mexanik və astronomu. Rəqqaslı saatı kəşf edərək onun nəzəriyyəsini yaratmış, fiziki rəqqasın rəqs qanunlarını, işığın dalğa nəzəriyyəsini kəşf etmişdir == Həyatı == Hüygens 1629-cu ildə Haaqada anadan olmuşdur. Atası Konstantin Hüygens Oran şahzadələrinin katibi və ədib olmuşdur. Xristian Hüygens elmi fəaliyyətə 1651-ci ildə hiperbola, ellips və dairənin kvadraturasına dair elmi məqalə ilə başlamışdır. 1654-cü ildə isə evolyut və evolvent nəzəriyyəsini irəli sürür. 1655-ci ildə Saturnun peykini müəyyən edir. 1669-cü ildı isə Saturn planetinin sisteminin quruluşunu izah edir.