HƏYƏT

is. [ ər. ]
1. Adətən evin qabağında ətrafı hasar və ya başqa binaların divarları ilə əhatə olunmuş sahə.
[Gülsüm] qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Ə.Haqverdiyev.
Hər evin həyətində nar və gilənar ağacları ilə dolu bağlar var. İ.Əfəndiyev.
Xəstəxana həyətində bülbül oxuyur; Tibb bacısı dönüb baxır əlində dərman. M.Araz.

// Hər hansı tikilini dövrələyən açıq sahə.
[Hacı Əhməd:] Bardaqları uşağın əlindən alıb, [məktəbin] həyətində yerə elə çırpmışam ki, saxsıları … indi də elə oradadır. C.Cabbarlı.
[Səriyyə xala:] Gülnaz, qızım, soraqlaş, heç olmasa məscidi tapaq, bəlkə məscid həyətində daldalanmalı bir yer oldu. M.İbrahimov.

2. Bütün təsərrüfat tikililəri ilə birlikdə kəndli evi; ayrıca kəndli təsərrüfatı. Kənd 150 həyəti birləşdirir.
3. Heyvan, təsərrüfat inventarı və s. üçün bina; ümumiyyətlə, tikili.
Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki təpələrin rəngi dəyişmişdi. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏYƏT HƏYƏT [Aytəmiz:] Anamla sübhdən oyanıb həyəti süpürür, güllərə su verirdik (Ə.Qasımov); HƏYƏT-BACA Baharın gəlməsilə çöl işlərinə çıxan, həyət-bacam q
  • HƏYƏT çöl — bayır
HƏYƏCANSIZ
HƏYƏT-BACA
OBASTAN VİKİ
Həyət (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Köhnə Həyət (Talış)
Köhnə Həyət (fars. كهنه حياط‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (22 ailə).
Baxşı Həyəti (Talış)
Baxşı Həyəti (fars. بخش حياطي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (14 ailə).
Məscid və məscid həyəti ibadət yeri
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.

Digər lüğətlərdə

дотанцо́вывание ка́тышек мы́литься пасту́х ба́рмица отхо́дничать пареми́я раздолба́йствовать сетча́тка соле́ние хриплова́тость фаро Avar ebullient grease-cup headpiece narcissus self-adapting thermostatic wakened Богородица галопировать дотянуться худо-бедно экономист