İBRAHİM

Allahın ən böyük peyğəmbərlərindən biri olmuşdur. Quranda o, “Xəlilullah” (Allahın dostu) adlandırılmışdır (Quran 4: 125). Rəvayətlərə görə İbrahim peyğəmbərin böyük oğlu İsmail ərəblərin əcdadı, Məhəmməd peyğəmbərin isə birbaşa ulu babasıdır. İbrahim peyğəmbərin kiçik oğlu İshaq isə Bəni İsrailin ulu babası hesab olunur. Rəvayətlərə görə İbrahim peyğəmbər Mesopotamiyanın Ur şəhərində (indiki Türkiyənin Urfa şəhəridir) doğulmuşdur. Orada sami qəbilələri olan kəldanilər yaşayırdılar. İbrahim onların peyğəmbəri olmuşdur. Bəzi Quran təfsirçilərinə görə Quranın 6-cı surəsinin 74-cü ayəsində adı İbrahim peyğəmbərin atası kimi çəkilmiş, bütlər düzəldib satmış Azər, əslində onun əmisi və ya atalığı olmuşdur. Birinci əri Taruhdan hamilə olan İbrahimin anası Əminə isə onun ölümündən sonra Azərə ərə getmişdir. O zaman Babilin çarı Nəmrud olmuşdur. O və onun xalqı bütlərə tapınırdılar. Günlərin birində bir falçı Nəmruda ölkəsində doğulacaq bir oğlan uşağının onun çarlığına son qoyacağı və yeni dinin yaradıcısı olacağı xəbərini vermişdir. Bunu eşidən Nəmrud bütün yeni doğulmuş körpələrin öldürülməsi, hamilə qadınların isə zindanlara atılması əmrini vermişdir. O zaman İbrahimin anası hamiləliyin ilk aylarında idi və onun halı zahirdən müşahidə edilmirdi. Buna görə də, o təqiblərdən canını qurtara bilmişdir. Əminə əri Azərə onun hamilə olmasını heç kimə deməməyini xahiş etmişdir. Doğum vaxtı gəldikdə isə Əminə şəhər kənarına gedib oradakı bir mağarada İbrahimi doğmuşdur. Uşağı orada qoyub geri qayıdan Əminə, Azərə körpənin doğum zamanı öldüyü xəbərini vermişdir. Bundan sonra o, bir neçə il gizli olaraq mağaraya getmiş, İbrahimi bəsləyərək geriyə qayıtmışdır. Azər İbrahimin sağ olması haqqında çox gec xəbər tutmuşdur. Yetkinlik yaşına çatmış İbrahim dünya, onun yaradılışı haqqında çox düşünüb, Yaradıcının var olması qərarına gəlmişdir. Beləliklə, o, Allaha iman gətirmişdir (Quran, 6: 76-79). Daha sonra gənc İbrahim xalqının yanına gəlib bütpərəstliyə qarşı açıq çıxışlar etməyə başlamışdır (Quran, 21: 52-56). Bunu görən bütpərəstlər onun əməllərinə görə Azərə şikayət etmişdilər. Ancaq, Azər İbrahimi tutduğu yoldan çəkindirə bilməmişdir. Beləliklə, İbrahim Allahın elçisi olmuş kəldaniləri doğru yola və imana dəvət etmişdir. Onları bütpərəstliyi buraxmağa və bir olan Tanrıya inanmağa səsləmişdir. Allah vəhylərini İbrahimə “sühufda” nazil etmişdir. Daha sonra İbrahim peyğəmbər xalqa tapındıqları bütlərin gücsüz və mənasız olduqlarını göstərmək istəmiş, bu istəyini də kəldanilərin keçirdikləri bir böyük bayramlarında həyata keçirmişdir. Azər İbrahimin şəhər ətrafında keçirilən bu bayrama getməməsini istəmişdir. O isə xəstə olduğunu bəhanə edərək şəhərdə qalmış, insanlar gedəndən sonra məbədə girib bütün bütləri darmadağın etmişdir. Yalnız baş tanrının bütünə toxunmamışdır. Geri qayıdan şəhərlilər tapındıqları bütlərin dağıdıldığını görüb, İbrahimdən bunu kimin etdiyini soruşmuşdurlar. İbrahim də təklif etmişdir ki, bu sualı baş tanrı hesab etdikləri bütdən soruşsunlar (Quran, 21: 63-67). Bu hadisə haqqında Nəmrud bildikdən sonra o, İbrahimi öz yanına çağırmışdır. İbrahim peyğəmbər sarayına gedərək onu Allahı tanımağa çağırmışdır. Ancaq özünü tanrı hesab edən Nəmrud İbrahim peyğəmbərin çağırışına səs verməmişdir (Quran, 2: 258). Bundan sonra azğınlaşmış Nəmrud İbrahimi tutub diri-diri tonqalda yandırılmasını əmr etmiş, ancaq Allah onu qorumuş, atəşdə onun yerini sərin etmiş və onu hamının gözü önündə xilas etmişdir (Quran, 21: 69). Bundan sonra Allah bu azmış xalqa böyük əzablar vermişdir. Onlar həşəratların basqınlarına uğramışdırlar. Bu həşəratlardan biri Nəmrudun burnundan beyninə keçərək ona dözülməz əzablar vermişdir. Daha sonra İbrahim kəldanilərin yurdundan uzaqlaşaraq cənubda yerləşən Hərrana getmişdir. Onunla birlikdə həyat yoldaşı Sara, eləcə də qardaşı oğlu Lut da getmişdir. Onlar bir müddət Hərranda qaldıqdan sonra Şama (Suriyaya), daha sonra oradan Misirə getmişdirlər. Yolda olarkən İbrahim peyğəmbərin qardaşı oğlu Luta peyğəmbərlik verilmiş, o da Sədum şəhərində qalmışdır. O dövrdə Misiri olduqca azğın və dinsiz bir Firon idarə edirdi. O İbrahim və Saraya qarşı əxlaqsız davranmışdır. Ancaq bir möcüzə baş verdikdən sonra onlara toxunmamışdır. Üstəlik o, Saraya Həcər adlı bir qadını qulluqçu verərək onları sərbəst buraxmışdır. Sara Həcərlə birlikdə İbrahimin yanına qayıtdıqdan sonra onlar Fələstinə gedib orada yaşamışdırlar. Burada maldarlıqla məşğul olan İbrahim varlanmışdır. Vaxt keçdikcə başqa adamlar da buraya köçmüş, bu yeri abadlaşdırmışlar. Daha sonra İbrahim və onun ailəsi Suriyaya köçmüşdürlər. İbrahim peyğəmbərin uşaqları olmadığına görə Saranın razılığı ilə o qulluqçusu Həcərlə evlənmiş, bu evlilikdən İsmail adlı bir oğlan doğulmuşdur. Bundan sonra Saranın qısqanclığına görə Allah İbrahim peyğəmbərə Həcərlə İsmaili indiki Məkkə torpaqlarında yerləşən susuz bir qızmar çöllüyə aparmasını buyurmuşdur. O da, Tanrının əmrini yerinə yetirmiş onları Hicaza apararaq orda tərk edərək geri qayıtmışdır. Susuz çöllükdə körpəsi ilə tək qalan Həcər təlaşlı bir vəziyyətdə Məkkədəki Səfa və Mərvə təpələri arasında su axtarmağa başlamışdır. Bu an Cəbrayıl yerə enmiş və ayaqları (ya da qanadı) ilə yerə vurmuş və vurduğu yerdən su fışqırmışdır. Bu bulaq Zəmzəm adlandırılmışdır. Beləliklə, Həcər və oğlu İsmail Məkkədə qalmış və zaman keçdikcə o yerlərə başqa qəbilələr də gəlmişdir. İsmail dünyaya gəlməmişdən öncə İbrahim peyğəmbər onun oğlu doğularsa, onu yetkinlik yaşına çatdıqdan sonra Allaha qurban verəcəyinə söz vermişdir. İsmail yetkinlik yaşına çatdıqda atası Məkkəyə gəlmiş, onu qurban vermək istəmişdir. Ancaq bu an möcüzə baş vermiş, Allah İbrahimə qurban kimi bir qoçu kəsməyi əmr etmişdir. Bu hadisələrdən sonra İbrahim peyğəmbərin onun birinci xanımı Saradan da İshaq adlı oğlu doğulmuşdur. Daha sonra rəvayətlərdə İbrahim peyğəmbərin tez-tez Həcər və oğlu İsmailin yanına Məkkəyə getdiyi haqqında məlumat verilir. Orada o, İsmaillə birlikdə Kəbəni inşa etmişdirlər. Tikinti işləri başa çatdıqdan sonra, İbrahim İsmail ilə birlikdə həcc mərasiminin qaydalarını təsis etmiş və bu ibadəti yerinə yetirmişdirlər. Rəvayətlərə görə İbrahim Qüdsdə 175 yaşında vəfat etmişdir.
İBN TEYMİYYƏ
İBRƏT
OBASTAN VİKİ
İbrahim
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Davud İbrahim
Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu; dünyanın ən güclü mafiya liderlərindən biri. Onun əsl adı Şeyx Davud İbrahim Kaskardır. 1955-ci ildə anadan olmuşdur. D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir. D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır. D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir. ABŞ Konqresi D.İbrahimi "əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır. Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır. İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. 2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir.
Haneen İbrahim
Haneen İbrahim (29 iyun 2000) — Sudanlı üzgüçü. Haneen İbrahim Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Haneen İbrahim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 36.25 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, bu nəticə ilə ölkəsinin rekordunu qırdı.
II İbrahim
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
I İbrahim
I İbrahim (Şirvanşah) — Şirvanşah (1382–1417). İbrahim (Osmanlı imperiyası) — Osmanlı sultanı (1640-1648).
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Məmməd İbrahim
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü. Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür. 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı.
Sultan İbrahim
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!
İbrahim Nafa
İbrahim Nafa (ərəb. إبراهيم نافع‎; 12 yanvar 1934, Süveyş, Süveyş mühafəzəsi[d], Misir krallığı[d] – 1 yanvar 2018, Dubay, BƏƏ) — Misir jurnalisti, "Əl-Ahram" qəzetinin redaktoru (1979–2005) və Ərəb Jurnalistlərinin Ümumi Birliyinin idarə heyətinin sədri (1996–2012). İbrahim Nafa 12 yanvar 1934-cü il tarixində Misirin Suez şəhərində anadan olmuşdur. Nafa 1956-cı ildə Əyn Şams Universitetində bakalavr dərəcəsi almışdır. O daha sonra karyerasına "Reuters"in müxbiri olaraq başlamışdır. Nafa daha sonra "Misir Radiosu"nun redaktoru və dövlətə mənsub olan "Əl Qumriyə" qəzetinin iqtisadiyyat redaktoru olmuşdur. Nafa "Əl-Ahram" qəzetində iqtisadiyyat bölməsinin rəhbəri və baş redaktor müavini olaraq işləmişdir. Nafa 1979–2005-ci illərdə "Əl-Ahram" qəzetinin baş redaktoru idi. Nafa daha sonra qəzetin baş direktoru təyin edilmişdir. İsrailin "Haarets" qəzeti Nafanın Misirin iki prezidenti, Ənvər Sadat və Hüsnü Mübarəkin siyasətini "sədaqətlə ötürdüyü"nü və Misir Jurnalistlər Sindikatının prezidenti olaraq, Nafanın "Misirin təbliğat siyasətini formalaşdırdığı və mətbuatın özünü-senzuradan keçirməsinin sərhədlərini müəyyənləşdidiyi"ni yazmışdır.
İbrahim Nişvan
İbrahim Nişvan (12 iyun 1997) — Maldiv adalarını təmsil edən üzgüçü. İbrahim Nişvan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İbrahim Nişvan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.72 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
İbrahim Nəbioğlu
İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi, Palmalinin vitse-prezidenti (2006-2015). İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlamışdır.
İbrahim Nəsrullayev
İbrahim Nəsrullayev (tam adı: İbrahim İsmayıl oğlu Nəsrullayev, 18 yanvar 1999, Bakı) — Azərbaycanlı musiqiçi. İbrahim İsmayıl oğlu Nəsrullayev 1999-cu ilin yanvarın 18-i Bakıda anadan olub. Musiqiyə böyük həvəsi olan İbrahim 3 yaşından bəstəkar Oqtay Zülfüqarovun bəstələdiyi mahnıları ifa etməyə başlayıb. Bir qədər sonra Azərbaycan mahnıları ilə yanaşı rus, italyan, amerikan mahnılarını da oxumağa başlayıb. 2008-ci ildən 2013-cü ilin may ayınadək 3 saylı uşaq incəsənət məktəbinin şagirdi olub. Beş il əməkdar artist Ziya Bağırovun tələbəsi olub. Gənc istedadın repertuarında , əsasən, Tofiq Quliyevin bəstələdiyi mahnılar üstünlük təşkil edir. Estrada, vokal, pop musiqisi ilə məşğul olan İ. Nəsrullayev bir çox müsabiqələrin iştirakçısı, o cümlədən, 2010-cu ildə keçirilmiş “İstedadlar sorağında “ müsabiqəsinin qalibi olub. 2011-ci ildə Bakıdakı Alman-Azərbaycan Mədəniyyət Birliyi “ Kapellhaus “ zalında gənc müğənninin solo konserti təşkil olunub. İfaçının İsveçdəki müsabiqəyə qatılması xarici ölkədə ilk çıxışı deyil.
İbrahim Ordubadi
İbrahim Ordubadi (Ordubad – İsfahan) — XVII əsr Azərbaycan şairi. İbrahim Ordubadi Azərbaycan sadatlarından (seyidlərindən) və riyaziyyatçı Məhəmmədbağır Yəzdinin kürəkəni idi. O, Hindistana Şahcahanın sarayına getdi və onun vəziri əzəminin uşaqlarının təlim və tədris məsulu oldu. Sonra İsfahana getdi və orada vəfat etdi.
İbrahim Paşa
İbrahim paşa (ö. 1780) — Mesxetiyanın 15-ci paşasıdır. Çandarlı I İbrahim Paşa (ö. 25 avqust 1429) — II Murad dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Parqalı İbrahim Paşa (d. 1493 - ö. 15 mart 1536) — Sultan Süleyman Qanuni dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
İbrahim Peyğəmbər
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İbrahim Qafarov
İbrahim Musa oğlu Qafarov (23 noyabr 1936, Hacı Elyaz, Zəngibasar rayonu – 26 sentyabr 2018) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. İbrahim Qafarov 23 noyabr 1936-cı ildə Ermənistanda İrəvan mahalının Zəngibasar rayonunun Hacı Elyaz kəndində anadan olmuşdur. 1953-cü ildə Sabirabad şəhərində orta məktəbi bitirmişdir. 1954–1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1959-cu ildə Sabirabad rayonunun H.Aslanov adına kolxozunda başlamışdır. 1963–1964-cü illərdə Gəncə şəhərində kolxoz və sovxozlara rəhbər kadrlar hazırlayan kursda təhsil almışdır. 1964-cü ildən Sabirabad rayon Partiya Komitəsində təlimatçı, 1965-ci ildən Sabirabad rayon taxıl məhsulları satış bazasında direktor, 1973-cü ildən Partiyanın XX qurultayı adına kolxoz idarə heyətinin sədri, 1981-ci ildən Sabirabad rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985-ci ildən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun direktoru, 1990-cı ildən "Əkinçi" kooperativinin sədri vəzifələrində işləmişdir. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 83 nömrəli Sabirabad-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İbrahim Qafarov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan İbrahim Qafarov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olmuşdur. İbrahim Qafarov ailəli idi, yeddi övladı var.
İbrahim Qaradağlı
İbrahim Məcnun oğlu Qaradağlı (1907, Qaradağlı, Ərəş qəzası – 19 iyun 1978, Ağdaş rayonu) — Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar artisti (1943). İbrahim Qaradağlı 1907-ci ildə hazırkı Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1924-cü ildə kəndlərindəki dram dərnəyində başlamış, 1926–1938-ci illərdə Ağdaş rayon klubunun dram dərnəyində çalışmış, sonralar bu klubun direktoru olmuşdur. İbrahim Qaradağlı 1940-cı ildə Ağdaşda Kolxoz və Sovxoz Teatrı açılan zaman bu kollektivə daxil olmuş, teatr 1949-cu ildə bağlanana kimi burada aktyorluq və rejisorluq etmiş, həmçinin 1941-ci ildən direktor işləmişdir. Sonralar rayon mədəniyyət evində müdir, xalq teatrında rejissor işləyib. Aktyor kimi çıxış etdiyi tamaşaların bir qisminə özü quruluş verib. İbrahim Qaradağlı 19 iyun 1978-ci ildə Ağdaşda vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild.
İbrahim Qrızi
İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim. Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır. Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.
İbrahim Qurbanov
İbrahim Musa oğlu Qurbanov (22 mart 1925, Tərp – 29 oktyabr 1992, Bakı) — Sosialist Əməyi Qəhrəmanı. İbrahim Qurbanov 1925-ci ilin mart ayının 22-də Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya göz açıb. Əmək fəaliyyətinə hələ 15 yaşında olarkən kənd sovetinin katibi vəzifəsində başlayıb. Sonralar mühasib, məktəb direktoru kimi vəzifələrdə çalışıb. 1944-cü ildə o vaxtki Əzizbəyov Rayon Komsomol Komitəsinin ikinci katibi seçilib. 1947-ci ildə tutduğu KP Əzizbəyov Rayon Komitəsinin təlimatçısı vəzifəsini tutub.Respublika Partiya Məktəbində təhsilini başa vurduqdan sonra Azərbaycan KP Əli-Bayramlı Rayon Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri təyin edildi. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirdi. Sonralar Əli Bayramlı rayonundakı Vladimirsk MTS partiya təşkilatının katibi, Əli Bayramlı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuşdur. İ.Qurbanov 1957-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuş, məktəbi bitirdikdən sonra Əli Bayramlı rayonundakı 6 nömrəli sovxozun istehsalat idarəsinin rəisi, Salyan rayonundakı SSRİ–nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifələrində çalışmış, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.
İbrahim Qədimov
İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas. İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir). Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub. 1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb. 1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
İbrahim Qəznəvi
İbrahim Qəznəvi — Qəznəvilərin onuncu sultanı. Qəznəvilərin ən uzun hakimiyyətdə qalan hökmdarıdır. Hakimiyyətə gələn kimi Səlcuqilərlə sülh müqaviləsi imzalayan sultan qızını Alp Arslanın oğlu Arslanşah ilə evləndirdi. Məlikşahın qızını isə oğlu Məsudla evləndirdi. Sultan Hindistana hücumları intensivləşdirdi və Gurlularla müharibələrə davam etdi. Gurlu hakimi Məhəmməd vassal statusu aldı. Sultan hakimiyyəti boyu vergiləri azaltdı, ticarət və dinə önəm verdi. Həyatının son 22 ilində vəziri Əbdül Həmid ibn Əhməd Sirasin ona köməkçi oldu. Mədəniyyətə və şairlərə qucaq açan sultan Osman Muxtari, Əbül Fərəc Runi kimi şairləri sarayına gətirdi. Sultan İbrahim "Əl Düsturi Vüzəra" adlı bir kitab yazmışdı.
İbrahim Rükabzadə
İbrahim Rasif oğlu Rükabzadə (14 oktyabr 2000, Boradigah, Masallı rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. İbrahim Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbə təhsil almışdır. Orta məktəbdə təhsil alarkən, eyni zamanda qəsəbədə təşkil olunmuş Quran oxuma dərslərində də fəal iştirak edən İbrahim 2012-ci il sentyabr ayında Məşhəd ziyarətində olmuşdur. Atası Talıbov Rasif Rükab oğlu 6 may 1974-cü ildə Boradigah qəsəbəsində anadan olub. Anası Talıbova Sevil Əli qızı 8 sentyabr 1977-ci ildə Lənkaran rayonunun Qumbaşı kəndində anadan olub. Qardaşı Rükabzadə Nihad Rasif oğlu 7 sentyabr 2003-cü ildə Boradigah qəsəbəsində anadan olub. İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-də hərbi çağırış ilə xidmətə yollandı. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin "N" saylı hərbi hissəsində dəvam etdirdi. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
İbrahim Rüstəmli
İbrahim Mirzağa oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Ailəli idi, bir övladı var. Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib.
Cəfər İbrahimov
Cəfər Məmməd oğlu İbrahimov (15 iyun 1904, Gədəbəy, Yelizavetpol qəzası – 2 mart 1977, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.[mənbə göstərin] Cəfər İbrahimov 15 iyun 1904-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. O, 1939–1940 illərdə müəllim işləmiş, 1941–1943 illərdə Bakı şəhəri Çaparidze rayon partiya komitəsində şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. Cəfər İbrahimov 1943–1977 illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin dekanı, SSRİ tarixi kafedrasının müdiri olmuşdur. Cəfər İbrahimova 1972-ci ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilmişdir. Cəfər İbrahimov 2 mart 1977-ci ildə Bakıda vəfat etmişdir. Cəfər İbrahimov orta əsrlər dövrü tarixinin tədqiqatçılarından idi. O, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti haqqında bir sıra qiymətli tədqiqat əsərlərinin müəllifidir. Qaraqoyunlu dövləti. Bakı, 1948. Azərbaycanın XV əsr tarixinə dair oçerklər.
Deysəm ibn İbrahim
Əbu Səlim Deysəm ibn İbrahim əl-Kürdi — Saci sərkərdəsi, Azərbaycan hakimi. O, Yusif ibn Divdadın sərkərdələrindən biri idi. 935-ci ildə Müflih əl-Sacini devirmiş, 938-ci ildə bütün Cənubi Azərbaycanda hakimiyyətini bərqərar etmişdi. Lakin tezliklə Ziyarilərin sərkərdəsi (o, öz ağasından qaçmışdı) Ləşkəri ibn Mərdinin hücumuna məruz qaldı. Ləşkərinin ordusu Deysəmi məğlub edərək onu Azərbaycandan qısa bir müddətə qovdu lakin, təkcə Ərdəbil xalqının müdafiəsinə qalib gələ bilmədi. Taktikanı dəyişib gecə vaxtı Ərdəbilə hücum edən Ləşkəri qala divarlarını açaraq şəhəri ələ keçirdi. Ləşkəri səhəri gün şəhəri tərk edib düşərgəsinə qayıdanda xalq Deysəmi Ərdəbilə yenidən çağırdı, Ləşkəri Muğana qaçdı. Öz oğlu və qardaşını çağıraraq yenidən ordu quran Ləşkəri bir daha Deysəmə hücum edərək məğlub etdi. Deysəm Rəss çayının o tayına keçərək keçidləri bağlayaraq müdafiə olunmağa başladı. Ləşkəri və əsgərli Gilanlı olduqları üçün üzməyi yaxşı bilirdilər.
Elmar İbrahimov
Elmar Nəriman oğlu İbrahimov (2 sentyabr 1998; Mingəçevir, Azərbaycan — 30 sentyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar İbrahimov 2 sentyabr 1998-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Evin tək övladı idi. Kiçik yaşlarından atasını itirmişdir. Orta təhsilimi Mingəçevir şəhər 2 N-li məktəbdə alıb. Məzun olduqdan sonra Peşə məktəbinə qəbul olub, qaz qaynaqçısı peşəsinə yiyələnib. 2016-cı ildə hərbi xidmətə yollanıb, topçu olaraq xidmət edib.. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar İbrahimli Talış Madagizin azad edilməsində savaşıb. 30 sentyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində şəhid olub. 16 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanı'nda dəfn olunub.
Elməddin İbrahimli
Elməddin Zeynəddin oğlu İbrahimli (19 noyabr 1999; Cəlilabad rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin İbrahimli 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Hacıcavadlı kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun kiçik giziri olan Elməddin İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin İbrahimli oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Hacıcavadlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur İbrahimov
Elnur Dönməz oğlu İbrahimov (29 avqust 1998; Qaradağ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Subay idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur İbrahimov (kiçik gizir)
Elnur Dönməz oğlu İbrahimov (29 avqust 1998; Qaradağ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Subay idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur İbrahimov (əsgər)
Elsevər İbrahimov
Elsevər Nəriman oğlu İbrahimov (6 noyabr 1999; Aşağı Layısqı, Şəki, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elsevər İbrahimov 6 noyabr 1999-cu ildə Şəki rayonu Aşağı Genyaq kəndində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Bir bacısı qəzada vəfat etmişdi. 2006-cı ildə Aşağı Göynük kənd tam orta məktəbinin I sinfinə gedib və 2017-ci ildə orta təhsilini bitirib. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyulunda əsgəri xidmətini başa vurub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elsevər İbrahimov Füzuli, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.. Elsevər İbrahimov noyabr ayının 15-də Aşağı Layısqı kəndinin "Mərdanlar" qəbiristanlığında tor-pağa tapşırılıb.
Elton İbrahimov
İbrahimov Elton Nazim oğlu — Azərbaycanda "Eurovision - 2012" milli seçimin finalçısı, ikinci yer tutdu. Gənc müğənni, musiqiçi, rəqqas. Elton İbrahimov 3 noyabr 1994-cü ildə Rusiyada, Novosibirsk şəhərində anadan olub. Orada 73 saylı orta məktəbi bitirib. 6 yaşından etibarən "Antares" klubunda idman bal rəqsləri ilə məşğul olmuşdur. Rusiyada keçirilmiş çox sayli müsabiqələrə qatılmış, 100-den cox mükafat qazanmışdır. 8 yaşından "Sintez" pop sənəti studiyasında ifaçılıqla məşğul olmuşdur. Novosibirsk 3 saylı musiqi məktəbini bitirib, gitar və pianoda ifa edir. 2006-cı ildə "Action" adlı qrupda çalışmış və bu qrup beynəlxalq müsabiqələrdə iki dəfə əsas mükafatın sahibi olmuşdur. 2012-ci ildə yerli səs müsabiqəsi olan "Qızıl Not" yarışmasının qalibi olmuşdur.
Elza İbrahimova
Elza İmaməddin qızı İbrahimova (10 yanvar 1938, Hacıqabul – 11 fevral 2012, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının (2008) və Dağıstanın xalq artisti, milliyətcə ləzgidir. Elza İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.. Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Elçin İbrahimov
Elçin İbrahimov (şəhid)
Elçin İbrahimov (alim)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
Elçin İbrahimov (türkoloq)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
Elçin İbrahimov (şəhid)
Elçin Rövşən oğlu İbrahimov (23 sentyabr 1995, Ağstafa rayonu – 14 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin İbrahimov 1995-ci il sentyabrın 23-də Ağstafa rayonunda anadan olub. Elçin İbrahimov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin İbrahimov Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İbrahimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən İbrahimov
Elşən İbrahimov (tam adı: Elşən Cahangir oğlu İbrahimov; 27 mart 2002; Şəki, Azərbaycan — 4 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən İbrahimov Cahangir oğlu 2002-ci il 27 martda Şəki şəhərində anadan olub. 2008-ildə Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə birinci sinifə gedib. Həmin məktəbi 2019-cu ildə bitirmiş və Bakı sosial iqtisad kollecində bank işi ixtisasına qəbul olub. Həmin ilin ikinci yarımilində isə kollecini dəyişərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə daxil olub. Elşən İbrahimov 2020-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Elşən İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən İbrahimov oktyabrın 4-də Tərtər rayonunda gedən döyüşlər zamanı şəhid olub. Şəkidə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Eyvaz İbrahimov
Fariz İbrahimov
Fariz Rasim oğlu İbrahimov (11 sentyabr 1989; Kiyev, Ukrayna — 21 iyul 2014; Nelipivka, Donetsk, Ukrayna) — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri, Donbass müharibəsi şəhidi. Fariz İbrahimov 11 sentyabr 1989-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Atası Fariz İbrahimov azərbaycanlı, anası Larisa Petrovna ukraynalıdır. Ailəsi və dostları, xüsusilə də, ulu babası onu Fedor olaraq çağırırdı. Boks üzrə Kiyev çempionu, Dinamo Kiyev FK azarkeşlərinin hərəkatının təşkilatçılarındandır. 2013-2014-cü illərdə Avromeydan hərəkatında iştirak etmişdir. Müharibənin başlaması ilə əlaqədar əvvəlcə, hərbçilərə kömək məqsədilə "Ürəkdən ürəyə" xeyriyyə fondunu qurdu, sonra isə könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə yazıldı. Fariz İbrahimov 2014-cü ilin aprelindən başlayan Donbass müharibəsində "baş əsgər" rütbəsində, qumbaraatan və köməkçi atıcı vəzifəsində iştirak etmişdir. Mexanikləşdirilmiş Qoşunların Kropivnitski şəhərində yerləşən 34-cü Motoatıcı Batalyonunun tərkibində bir çox hərbi əməliyyatlarda fərqlənmişdir. Fariz İbrahimov 21 iyul 2014-cü ildə Dzerjinsk şəhəri yaxınlığında terrorçuların kəşfiyyat məntəqəsinə hücum edən dəstənin tərkibində döyüşə davam etmişdir.
Fatimə İbrahimbəyova
Fatma Sultan (I İbrahimin qızı)
Fatma Sultan (d. sentyabr 1642 - ö. 1682) — Sultan İbrahimin qızı. Fatma Sultan 1642-ci ilin sentyabrında dünyaya gəlmişdir. Atası Sultan İbrahimUşaqlıq illəri nənəsi Kösəm Sultanın himayəsində keçmişdir. 1645-ci ilin yanvarında hələ 3 yaşında ikən Silahdar Yusif Paşayla nişanlandı. Bunda məqsəd paşanı saraya və sultana daha yaxın saxlamaq idi. Buna baxmayaraq dövrün sədrəzəmi ilə girişdiyi mübarizədə məğlub edilən Yusif Paşa 22 yanvar 1646-cı ildə edam edildi. Paşanın edamından bir ay sonra kiçik sultan bu dəfə kaptan-ı dərya Fazil Paşayla evləndirildi. Ancaq bu nikah da tamamlanmadı və Fatma Sultan gəlin köçmədən əri 1657-ci ildə vəfat etdi.
Fatma Sultan (Sultan İbrahimin qızı)
Fatma Sultan (d. sentyabr 1642 - ö. 1682) — Sultan İbrahimin qızı. Fatma Sultan 1642-ci ilin sentyabrında dünyaya gəlmişdir. Atası Sultan İbrahimUşaqlıq illəri nənəsi Kösəm Sultanın himayəsində keçmişdir. 1645-ci ilin yanvarında hələ 3 yaşında ikən Silahdar Yusif Paşayla nişanlandı. Bunda məqsəd paşanı saraya və sultana daha yaxın saxlamaq idi. Buna baxmayaraq dövrün sədrəzəmi ilə girişdiyi mübarizədə məğlub edilən Yusif Paşa 22 yanvar 1646-cı ildə edam edildi. Paşanın edamından bir ay sonra kiçik sultan bu dəfə kaptan-ı dərya Fazil Paşayla evləndirildi. Ancaq bu nikah da tamamlanmadı və Fatma Sultan gəlin köçmədən əri 1657-ci ildə vəfat etdi.
Fatma İbrahimbəyova
Fatimə Rüstəm qızı İbrahimbəyova Fatimə İbrahimbəyova 1974-cü il 6 noyabırında nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyovun və rus əsilli aktrisa Lyudmila Duxovnayanın ailəsində dünyaya gəlib. 1991-ci idə Xarici Dillər İnstitutuna qəbul olunub. 2 il orada təhsil aldıqdan sonra ÜDKİ-nin rejissorluq fakültəsinə daxil olub (1993). Ssenarist və rejissor Rüstəm İbrahimbəyovun qızıdır.
Fuad İbrahimbəyov
Fuad Əhməd oğlu İbrahimbəyov - ilk eksperimental psixoloji laboratoriyanı yaratmış pisxoloq. Fuad İbrahimbəyov (tam adı: Fuad Əhməd oğlu İbrahimbəyov) — psixoloq. 1901-ci il dekabrın 29-da Şamaxıda dünyaya gəlmişdir. Hələ uşaqlıq illərində özünün dərin zəkası, hadisələri təhlil etmək, ümumiləşdirə bilmək qabiliyyəti ilə fərqlənmişdir. O, əmək fəaliyyətinə çox erkən, 15 yaşından başlamışdır. Xalqını sevən bu gənc az sonra pedaqoji işə keçmiş və əsl maarifpərvər kimi fəaliyyət göstərmişdir. Elmə olan böyük həvəs onu bir yerdə dayanıb durmağa qoymamışdır. Məktəbdə işləyə- işləyə İbrahimbəyov Azərbaycan Dövlət Universitetində öz təhsilini davam etdirmiş və 1925-ci ildə tibb fakültəsini bitirmişdir. Tibb elminin müxtəlif sahələri ilə yanaşı psixologiya elmi də ilk gündən onun diqqətini özünə cəlb etmişdir. Ona görə də 1926-cı ildən başlayaraq əvvəlcə tibb fakültəsinin nevrologiya kafedrasında çalışmaqla, sonra isə psixiatriya kafedrasında assisent vəzifəsində, eləcə də müalicə-profilaktika müəssisələrində işləməklə yanaşı Azərbaycan Pedaqoji İnstitutunda psixologiya kursunu oxumağa başlamışdır.
Fuad İbrahimov
Fuad İbrahimov (Fuad Natiq oğlu İbrahimov; 2 sentyabr 1982, Şuşa, DQMV) — azərbaycanlı dirijor, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2023-cü ildən), Münhen Yeni Filarmoniyasının və Bakı Kamera Orkestrının baş dirijoru (2014-cü ildən), Azərbaycan Respublikasının əməkdar artisti. İbrahimov Fuad Natiq oğlu 1982-ci ilin 2 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Şuşa şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Musiqi təhsilinə 12 yaşında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında oxuyarkən başlamışdır. Orada professor Tofiq Aslanovun sinfinə daxil olub (1994-1998), daha sonra Teymur Göyçayevin dirijorluğu ilə “Tutti” gənclərin simli orkestrinin üzvü olub. 1998-ci ildə VII Respublika Musiqi Müsabiqəsinin (Bakı) qalibi olub. 15 yaşında olarkən Maestro Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinə viola ifaçısı kimi qəbul olunub və 2001-ci ilə qədər orkestrdə çalışıb. 1998-ci ildə o, həmçinin Bakı Musiqi Akademiyasına professor Bayandur Mehdiyevin viola sinfinə daxil olmuş, 2001-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Köln Ali Musiqi Məktəbinə (Almaniya) professor Rayner Muqun sinfinə daxil olmuşdur. Bu müddət ərzində İbrahimov “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təqaüdünə, eləcə də Dr.Karl Dörken-Verner Riçard adına təqaüdlərə layiq görülüb, Yehudi Menuhin Xeyriyyə Fondunun himayəsi altında Almaniyanın bir çox şəhərlərində konsertlər verib. Fransada Berlioz mükafatına layiq görülüb.
Fərhad İbrahimi
Fərhad İbrahimi Korabbaslu - (d. 1935, Ərdəbil, İran, — ö. 9.2.2019, Ərdəbil, İran) azərbaycanlı şair. "Ayrılıq" mahnısının sözlərinin müəllifi. Fərhad (Rəcəb) İbrahimi Korabbaslu 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Kurabazlı (Korabbaslu) kəndində anadan olmuşdur. Fərhad (Rəcəb) İbrahimi Kurabazli "Ayrılıq", "Açıl Səhər" və "Ağlama" kimi mahnıların sözlərinin müəllifidir. Fərhad İbrahimi 84 yaşında İranın Ərdəbil şəhərində vəfat etmişdir. "Ayrılıq" mahnısının sözləri Fərhad İbrahimiyə məxsusdur.
Fəzail İbrahimli
Fəzail Feyruz oğlu İbrahimli (12 aprel 1951, Çanaxbulaq, Yardımlı rayonu) — Azərbaycan Milli Məclisinin deputatı və sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini (1992), professor. Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1969–1973-cü illərdə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Ardınca, təyinatla Yardımlıya göndərilmiş, 1973–1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləmişdir. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

Digər lüğətlərdə