joli

-e adj gözəl, qəşəng

joindre
jouer
OBASTAN VİKİ
Mant-la-Joli (rayon)
Mant-la-Joli (fr. Mantes-la-Jolie) — Fransanın İl-de-Frans regionun rayonlarından biri. Departamenti — İvelin. Suprefektura — Mant-la-Joli. Rayon əhalisi 2006-cı ildə 270 406 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 328 nəf / km². Rayon ərazisi — 825 km².
Vi-di-Joli-Villaj
Vi-di-Joli-Villaj (fr. Wy-dit-Joli-Village) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 307 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-şərqdə, Serji belediyyənin 19 km şimal-qərbdə yerləşir.
Frederik Jolio-Küri
Frederik Jolio-Küri(fr. Jean Frédéric Joliot; 19 mart 1900[…], Parisin 16-cı dairəsi[d] – 14 avqust 1958[…]) — fransız fizik, Nobel mükafatı laureatı. == Həyatı == Frederik Jolio- Küri 1900- cü il martın 19-u Parisdə tacir ailəsində dünyaya göz açıb. Atası Henri Jolio, anası isə Emili Roderer idi. O Paris kimya və fizika məktəbinin məzunu olmuşdur.1925-ci ildə Radium İnstitununda İren Jolio-Küri ilə birlikdə Mariya Kürinin laborantı olmuştur.1926-cı ildə İren Jolio-Küri ilə evlənmişdir. Məhz evliliklərindən sonra ikisi də soyadlarını Jolio-Küri olaraq dəyişdirmişlər. 1930-cu ildə radioaktiv elementlərin elektrokimyası sahəsində doktorluq dərəcəsi almışdır.1940-cı ildə II Dünya müharibəsi zamanı Fransa savaşında Jolio öz elmi işlərinin sənədlərini Hans von Halban və Lev Kovarski ilə birlikdə İngiltərəyə qaçırmağa müvəffəq olmuşdur. Fransa Müqavimət Hərəkatı zamanı milli cəbhəyə üzv olmuşdur. == Elmi fəaliyyəti == Frederik Jolio- Küri həyat yoldaşı ilə birlikdə süni radioaktivliyi kəşf etmişlər. Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər.
Frederik Jolio- Küri

Helen Lanqevin-Joliot
Helen Lanqevin-Joliot (doğum adı: Joliot-Küri; 19 sentyabr 1927, Paris) — Fransız laboratoriyalarında nüvə reaksiyaları ilə bağlı araşdırmaları ilə tanınan və hər üçü də fizika və kimya üzrə Nobel mükafatı almış Mariya Kürinin nəvəsi və İren Jolio-Küri və Frederik Jolio-Kürinin qızı, fransız nüvə fiziki. == Erkən həyatı və təhsili == Helen Lanqevin-Joliot 19 sentyabr 1927-ci ildə Parisdə, Fransa'da dünyaya gəlmişdir. Anası İren Jolio-Küri və atası Frederik Jolio-Küri hər ikisi də görkəmli fiziklər idi və 1935-ci ildə kimya üzrə Nobel mükafatını birlikdə qazanmışdılar. Helen, nənəsi Mariya Küridən və valideynlərindən elmə olan həvəsi miras almışdır. Paris Universitetində təhsil almış və 1950-ci ildə nüvə fiziki ixtisası üzrə doktorluq dərəcəsini almışdır. Doktorluq dissertasiyası, yüksək enerjili protonlarla nüvə reaksiyaları mövzusunda idi. == Karyerası == Helen Lanqevin-Joliot, karyerasının çox hissəsini Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) keçirmişdir. O, burada nüvə fiziki kimi çalışmış və nüvə reaksiyaları, nüvə quruluşu və radioaktivlik sahələrində tədqiqatlar aparmışdır. 1956-cı ildə Parisdəki Nüvə Fiziki İnstitutunun direktoru təyin edilmiş və bu vəzifədə 1986-cı ilə qədər çalışmışdır. O, həmçinin Fransız Atom Enerjisi Komissiyasında (CEA) və Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) müxtəlif vəzifələrdə çalışmışdır.
Joliet file sistem
Joliotium
Dubnium (Db) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 105-ci element.
İren Jolio-Küri
İren Jolio- Küri (12 sentyabr 1897[…], XIII arondisman (Paris) – 17 mart 1956[…], Paris) — Nobel mükafatı laureatı. Mariya Küri və Pyer Kürinin ilk övladı və Frederik Jolio- Kürinin həyat yoldaşı. Frederik Küri ilə yeni radioaktiv elementlərin kəşfinə görə 1935-ci ildə kimya üzrə Nobel mükafatı almışdır. 1926-cı ildə İren Frederik Jolio ilə ailə həyatı qurdu. 1947-ci ildə, SSRİ Elmlər Akademiyasının xarici nümayəndəsi seçilmişdir. Belçika Kral Akademiyasının, Hindistan Elmlər Akademiyasının diplomlarına layiq görülmüşdür. 1940-cı ildə mühüm elmi xidmətlərinə görə Kolumbiya Universiteti tərəfindən ona Barnard qızıl medalı təqdim olunub.O, Fransanın Fəxri legion ordenli kavaleridir. İren Jolio-Küri ailənin ilk övladı idi. Pyer Küri yaşıdlarından əqli cəhətdən daha tez inkişaf edən, yaşına görə qeyri-adi öyrənmək həvəsi nümayiş etdirən balaca qızına çox vaxt ayırırdı.1848-ci il fransız inqilabçılarına dəstək olan, 1871-ci ildə isə Paris kommunasına köməklik göstərmiş ata tərəfdən babası Ejen Küri hələ İren çox kiçik olduğu zaman onlara köçmüşdü. Anası laboratoriyada çox məşğul olduğundan İren vaxtının çox hissəsini zəngin mənəviyyata və siyasi dünyagörüşə malik babası ilə keçirirdi.
Joliet
Joliet (fayl sistemi) - İSO 9660 fayl sisteminin genişlənməsi. Spesifikasiya Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb, Windows 95 və Windows NT 4.0 zamanından başlayaraq Microsoft Windows əməliyyat sisteminin bütün versiyaları tərəfindən dəstəklənir. Yaradılmasında başlıca məqsəd İSO 9660 standartında faylın adına qoyulan məhdudiyyətləri yüngülləşdirmək olub. Microsoft Windows, Linux, Mac OS X və FreeBSD daxil olmaqla mövcud proqram platformalarının əksəriyyəti Joliet fayl sisteminin uzantısı ilə olan informasiya daşıyıcılarını oxuya bilir. Bu da imkan verir ki, bu əməliyyat sistemləri hətta faylın adında başqa əlifbalardan (məsələn, ərəb, yapon, kiril və s.) istifadə etdikdə, onları öz aralarında mübadilə edə bilsinlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti". "Bakı" nəşriyyatı, 2017, 996 s.