KİRİMƏX’

(Ağdam, Borçalı, Cəbrayıl, Hamamlı, Laçın, Mingəçevir, Şəki, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax)
1. susmaq, sakit olmaq (Ağdam, Hamamlı, Şəki). – Bir sa:t kiri, başımı ağrıtma (Ağdam); – Di kiri görax, ağlama (Şəki); – Ə:, bir kiri göröm, kim nə de:r (Hamamlı)
2. kəsmək, dayanmaq (Şəki). – Yağış da heş kirimədi
KİRİK
KİRİMİŞCƏ