Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • RƏXŞAN

    RƏXŞA(N) f. parlaq, parıldayan, işıldayan, işıqlı

    Tam oxu »
  • RƏXŞƏNDƏ

    f. parlaq, parıldayan

    Tam oxu »
  • RƏXT

    f. 1) qoşqu ləvazimatı; 2) ev avadanlığı (döşənəcək, yataq və s.); 3) səfər ləvazimatı; 4) paltar, pal-paltar

    Tam oxu »
  • RƏXTXAB

    f. yorğan-döşək; yataq

    Tam oxu »
  • RƏİS

    ə. başçı, sədr

    Tam oxu »
  • RƏİSÜLVÜZƏRA

    RƏİSÜLVÜZƏRA’ ə. baş nazir; baş vəzir

    Tam oxu »
  • RƏİYYƏ

    ə. 1) sürü, naxır, ilxı; 2) bax rəiyyət

    Tam oxu »
  • RƏİYYƏT

    ə. 1) bir hökmdarın tabeliyində olan əhali; təbəə; 2) bir dövlətin vətəndaş(lar)ı

    Tam oxu »
  • RƏİYYƏTNƏVAZ

    ə. və f. təbəələrini yaxşı idarə edən (hökmdar, padşah və s. haqqında)

    Tam oxu »
  • RƏİYYƏTPƏRƏST

    ə. və f. bax rəiyyətpərvər

    Tam oxu »
  • RƏİYYƏTPƏRVƏR

    ə. və f. rəiyyətini sevən

    Tam oxu »
  • RƏKAKƏT

    ə. 1) pəltəklik, kəkələmə; 2) zəiflik, qüvvətsizlik; 3) nöqsan, çatışmazlıq

    Tam oxu »
  • RƏKİK

    ə. 1) zəif, süst; 2) pəltək, kəkələyən; 3) nöqsan, qüsur

    Tam oxu »
  • RƏKİKSÜXƏN

    ə. və f. 1) pəltək danışan; kəkələyən; 2) boş-boş danışan; boşboğaz

    Tam oxu »
  • RƏKZ

    ə. yerə sancma, uzun bir şeyi yerə basdırma

    Tam oxu »
  • RƏQABƏT

    ə. 1) yarış, yarışma; 2) bazarda bir-biri ilə mübarizə; 3) qısqanma, qısqanclıq

    Tam oxu »
  • RƏQƏBƏ

    ə. 1) boyun; 2) kölə, qul

    Tam oxu »
  • RƏQƏM

    ə. 1) sayların yazı ilə ifadəsi; 2) hesab elmi; hesab qaydası; 3) ədəd; 4) yazı; yazı yazma; 5) yaratma, düzəltmə; 6) imza, qol

    Tam oxu »
  • RƏQƏMİ

    ə. rəqəmlə ifadə olunan, rəqəmə aid olan

    Tam oxu »
  • RƏQƏMKEŞ

    ə. və f. yazan, qeyd edən

    Tam oxu »
  • RƏQƏMZƏDƏ

    ə. və f. 1) yazılmış, yazılı; 2) yuxarıda haqqında danışılmış

    Tam oxu »
  • RƏQƏMZƏN

    ə. və f. yazan, yazıçı

    Tam oxu »
  • RƏQİB

    ə. 1) rəqabət aparan; 2) düşmən, yağı

    Tam oxu »
  • RƏQİQ

    ə. 1) nazik, incə, narın; 2) m. rəhmli; riqqətli, həssas

    Tam oxu »
  • RƏQİQÜLQƏLB

    ə. incə qəlbli, rəhmli

    Tam oxu »
  • RƏQİYYƏT

    ə. qulluq, köləlik

    Tam oxu »
  • RƏQQ

    ə. 1) qədimdə: üzərində yazı yazılan zərif dəri // perqamen(t); 2) bağa, tısbağa

    Tam oxu »
  • RƏQQAS

    ə. 1) rəqs edən, oynayan; 2) divar saatlarında və bəzi başqa mexanizmlərdə hərəkəti tarazlaşdıran kəfgir

    Tam oxu »
  • RƏQQASƏ

    ə. rəqs edən qadın

    Tam oxu »
  • RƏQS

    ə. oynama, rəqs etmə

    Tam oxu »
  • RƏQSAN

    ə. rəqs edən

    Tam oxu »
  • RƏM

    f. hürkmə, qorxub qaçma

    Tam oxu »
  • RƏMAD

    ə. kül

    Tam oxu »
  • RƏMADİ

    ə. 1) külə aid olan; 2) külrəngi

    Tam oxu »
  • RƏMAN

    f. hürkək; hürkərək

    Tam oxu »
  • RƏMƏ

    f. sürü

    Tam oxu »
  • RƏMƏD

    ə. göz xəstəliyi

    Tam oxu »
  • RƏMƏQ

    ə. 1) son nəfəs; 2) az miqdar, bir az

    Tam oxu »
  • RƏMƏL

    ə. əruz vəzninin bəhrlərindən biri

    Tam oxu »
  • RƏMƏZAN

    ə. ərəb qəməri təqviminin doqquzuncu ayı; orucluq ayı

    Tam oxu »
  • RƏMİDƏ

    ə. hürkmüş, hürküb qaçmış

    Tam oxu »
  • RƏMİM

    ə. çürük, çürümüş

    Tam oxu »
  • RƏML

    ə. 1) qum; 2) fal

    Tam oxu »
  • RƏMMAL

    ə. qum üzərində xətlər çəkmək və ya başqa yollarla gələcəkdən xəbər verən adam; qumla fala baxan

    Tam oxu »
  • RƏMY

    ə. atma, tullama; atəş açma; atma

    Tam oxu »
  • RƏMZ

    ə. 1) işarə; simvol; 2) işarə ilə anlatma, başa salma, ifadə etmə

    Tam oxu »
  • RƏMZİ

    ə. rəmzlə olan, rəmzə aid olan // simvolik

    Tam oxu »
  • RƏNA

    RƏ’NA ə. 1) gözəl; 2) incə, lətif; 3) qırmızı və ya sarı rəngli xoş iyli gül; buxurgülü

    Tam oxu »
  • RƏNASƏMƏN

    RƏ’NASƏMƏN ə. və f. gözəl yasəmən ağacı və ya gülü

    Tam oxu »
  • RƏNC

    f. 1) ağrı, dərd; 2) əziyyət, zülm; 3) zəhmət, əmək

    Tam oxu »