Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • ZƏRPƏRƏST

    f. pulpərəst, pulgir

    Tam oxu »
  • ZƏRR

    ə. zərər, ziyan

    Tam oxu »
  • ZƏRRAB

    ə. pul kəsən, sikkə basan

    Tam oxu »
  • ZƏRRABXANƏ

    ə. və f. pul kəsilən yer; sikkəxana

    Tam oxu »
  • ZƏRRAQ

    ə. ikiüzlü, riyakar, fırıldaqçı

    Tam oxu »
  • ZƏRRAT

    ə. «zərrə» c. zərrələr

    Tam oxu »
  • ZƏRRƏ

    ə. kiçik hissə, cüzi parça

    Tam oxu »
  • ZƏRRƏBİN

    ə. və f. 1) lupa; 2) mikroskop

    Tam oxu »
  • ZƏRRƏVAR

    ə. və f. 1) zərrə kimi, zərrə qədər; 2) ən xırda və narın şeyə bənzəyən

    Tam oxu »
  • ZƏRRİN

    ZƏRRİN(Ə) f. qızıldan qayrılmış, qızıldan olan; zərli

    Tam oxu »
  • ZƏRRİNƏ

    ZƏRRİN(Ə) f. qızıldan qayrılmış, qızıldan olan; zərli

    Tam oxu »
  • ZƏRRİNXƏT

    f. və ə. zərlə yazılmış yazı, zərli xətt

    Tam oxu »
  • ZƏRRİNKÜLAH

    f. qızıl papaqlı, başında tac olan

    Tam oxu »
  • ZƏRRÜ NƏF

    ZƏRRÜ NƏF’ ə. zərərli və mənfəətli, zərər gətirən və mənfəət verən

    Tam oxu »
  • ZƏRTAR

    f. 1) qızıl teli; 2) m. günəş şüası

    Tam oxu »
  • ZƏRTARİ

    f. qızıl teli ilə işlənmiş, toxunmuş

    Tam oxu »
  • ZƏRUR

    ə. gərək, vacib, lazım

    Tam oxu »
  • ZƏRURƏT

    ə. bax zəruriyyət

    Tam oxu »
  • ZƏRURİ

    ə. ən lazımlı, ən gərəkli, çox vacib

    Tam oxu »
  • ZƏRURİYYƏT

    ə. 1) istər-istəməz bir işi görmə; əlacsızlıq, naçarlıq; 2) labüdlük, lazımlıq; 3) ehtiyac

    Tam oxu »
  • ZƏVAHİR

    ZƏHAHİR1 ə. «zahirə» c. zahirdə olanlar, görünən xüsusiyyətlər. ZƏHAHİR2 ə. «zöhrə» c. çiçəklər

    Tam oxu »
  • ZƏVAİD

    ə. «zaid» c. bax zəvayid

    Tam oxu »
  • ZƏVAL

    ə. 1) tələf, məhv, zaval; 2) göy cisimlərinin batması

    Tam oxu »
  • ZƏVAT

    ə. «zat» c. 1) zatlar, hörmətli adamlar; 2) əsillər. Zəvati-müşar(ün)ileyh adı çəkilən zatlar, yuxarıdakı şəxslər

    Tam oxu »
  • ZƏVAYA

    ə. «zaviyə» c. 1) bucaqlar, künclər; 2) tinlər

    Tam oxu »
  • ZƏVAYİD

    ə. lazımi miqdardan artıq olan şeylər; artıq şeylər, artıq olanlar

    Tam oxu »
  • ZƏVƏBAN

    ə. ərimə

    Tam oxu »
  • ZƏVƏCAT

    ə. «zövcə» c. zövcələr, arvadlar

    Tam oxu »
  • ZƏVİL

    ə. uzaqlaşan, aralanan

    Tam oxu »
  • ZƏVVAR

    ə. «zair» c. t. 1) ziyarətə gedənlər və ya gələnlər dəstəsi; 2) ziyarətçi

    Tam oxu »
  • ZƏYYİQ

    ə. 1) dar, darısqal; 2) m. xəsis, simic

    Tam oxu »
  • ZINDIQ

    ə. bax zindiq

    Tam oxu »
  • ZİB

    f. bax ziyb

    Tam oxu »
  • ZİBA

    f. 1) bəzəkli, zinətli; 2) yaraşıqlı, gözəl

    Tam oxu »
  • ZİBABƏXŞ

    ZİBABƏXŞ(A) f. bəzək verən, yaraşıqlı edən

    Tam oxu »
  • ZİBABƏXŞA

    ZİBABƏXŞ(A) f. bəzək verən, yaraşıqlı edən

    Tam oxu »
  • ZİBASƏNƏM

    f. və ə. gözəl sənəm, yaraşıqlı, gözəl dilbər

    Tam oxu »
  • ZİBAVƏR

    f. bəzək verən, zinətləndirən, gözəlləşdirən

    Tam oxu »
  • ZİBƏFZA

    f. bəzək artıran, zinət verən, gözəlləşdirən

    Tam oxu »
  • ZİBƏS

    f. qədərincə, o qədər, kafi miqdarda

    Tam oxu »
  • ZİBHƏ

    ə. difteriya

    Tam oxu »
  • ZİBİL

    ə. tör-töküntü, tullantı

    Tam oxu »
  • ZİBİLXANƏ

    ə. və f. 1) zibil tökülən yer; zibillik; 2) zibil yer

    Tam oxu »
  • ZİC

    ə. astronomiyada: ulduzların hərəkətini və yerini müəyyənləşdirmək üçün cədvəl

    Tam oxu »
  • ZİDD

    ə. əks, əleyhi

    Tam oxu »
  • ZİDDİYYƏT

    ə. əkslik

    Tam oxu »
  • ZİF

    Zİ’F ə. bir şeyin iki qatı, iki misli

    Tam oxu »
  • ZİFAF

    ə. gəlinlə bəyin görüşdüyü ilk gecə

    Tam oxu »
  • ZİFT

    ə. 1) kitrə; 2) qatran

    Tam oxu »
  • ZİHAF

    ə. əruzda vəznin dəyişməsi

    Tam oxu »