KURİX’
KURU
OBASTAN VİKİ
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Kurtamış
Kurtamış — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Kurtaj
Kurtaj (fr. courtage, ing. courtage) — komissiya. == Mənası == Birja işində birja əməliyyatlarında vasitəçiyə görə birja dəllalının və ya birja brokerinin aldığı mükafat. Dəyər bağlanmış alqı-satqı əməliyyatının həcminin 1000 payı ilə hesablanır və malı həm satıcı, həm də alıcı tərəfindən brokerə ödənilir. Təchizat qiymətli kağızların növünə görə (dövlət qiymətli kağızları, digər istiqrazlar, dividendli qiymətli kağızlar) və bazar dəyərindən və ya əməliyyatların növündən asılı olaraq fərqləndirilir. Pulsuz brokerlər üçün sabit dərəcələr müəyyən edilmir. Banklar brokerə ödənilən haqqı müştəriyə verilən qaimə-fakturaya daxil edirlər. Sığorta işində sığorta brokerinin sığortaçı üçün təşkil edilmiş əməliyyata görə aldığı mükafat. Vasitəçinin aralarında müqavilə bağlamaq üçün 2 tərəf arasında əlaqə qurduğu, bunun üçün müqavilənin icrasından asılı olmayan bir mükafat aldığı müqavilə.