KÖMƏK (müxtəlif mənalarda) [Həcər xanım:] Doğrudur, orada gizli olmağımın sirrini gəlmişəm sənə açıb söyləyəm və səndən kömək istəyəm (S.S.Axundov); AMAN ...Hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir (S.S.Axundov); ARXA (məc., dan.) Dəmirçioğlu da sözünün üstündə durdu, dəlilərlə dostlaşıb Koroğlunun arxası, köməyi oldu (“Koroğlu”); HARAY (dan.) Əhməd: Əlacı bunları qırmaqdır, yoxsa divandan bizə haray çatmaz (N.Vəzirov); HƏYAN Camalla “nişanlısı” Mahirəyə həyan olmağı ondan xahiş etdi (Y.Şirvan); İMDAD O baxışlarda çırpınan ürəyim; Diləyir gözlərindən hey imdad (A.Şaiq); MƏDƏD Dəli Qöçər: Vay, – dedi! Mədəd! – Dədə, kərəm elə, Allah eşqinə qapını aç çıxım (Anar); DİRƏK (məc.), ƏNCAM.