LÜTLƏŞMƏK

f.
1. Yarpaqları tökülmək, çılpaqlaşmaq (ağaclar haqqında). Payız fəsli ağaclar lütləşir.
– Mirzə Valeh bu pəncərədən payız xəzanının gəldiyini, yaşıl ağacların lütləşdiyini həmişə seyr edirdi. S.Rəhimov.
Ağaclar lütləşmiş olsa da, həmişəcavanlar onu gizlədə bildilər. B.Bayramov.

2. məc. Var-yoxu əlindən çıxmaq, kasıblaşmaq, yoxsullaşmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LÜTLƏŞMƏK soyunmaq — çılpaqlaşmaq
LÜTLƏŞMƏ
LÜTLÜK

Digər lüğətlərdə