LEYTMOTİ́V

[ alm. ]
1. Musiqi əsərində dönə-dönə təkrar olunan əsas motiv, əsas mövzu.
[Uvertüralarda] kompozitor … leytmotivlərdən istifadə edərək əsərin dramatik inkişafını simfonik orkestr dili ilə nəql edir. Ə.Bədəlbəyli.

2. məc. Əsərin ana xəttini təşkil edən əsas fikir, müddəa. Romanın leytmotivi.
LEYTENANTLIQ
LƏB
OBASTAN VİKİ
Leytmotiv
Leytmotiv — əsərin, ədəbi yaradıcılığın, yaxud cərəyanın ana xətti aparıcı, istiqamətverici motivi, canı, məğzi (bu termin ədəbiyyatşünaslığa musiqidən keçmişdir). Leytmotiv, məsələn, əsəri başa düşmək üçün açar rolu oynayan əsas söz, ifadə, cümlə, bədii surət, yaxud süjet şaxəsi olur. Yəni o, əsərin ideya-emosional yükünü özündə ən çox cəmləşdirən və əsər boyu təkidlə, bir neçə dəfə yad olunan ünsürdür. Məsələn: Cəlil Məmmədquluzadənin "Ölülər"əsərində Kefli İsgəndərin dilindən verilən "Allah sizə rəhmət eləsin, ölülər" ifadəsi.

Digər lüğətlərdə

вала́хи мотовско́й преумножа́ть проми́гивать семядо́ля вымывно́й дисквалифици́ровать мода́льность сугу́бо ю́товый best boy contestation debacle devil's toe-nail gutter press invaluable manoeuvrer nomarchy ringster rough-and-ready sector superhighway talkie-talkie зазубрина эмблематический