mübarəkqədəmli 2021
mübarizə
OBASTAN VİKİ
Mübariz
Mübariz — Kişi adı. Mübariz İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı. Mübariz Əhmədov Mübariz Əhmədov (alim) — Azərbaycanın alimi, texniki elmləri doktoru, AMEA-nın müxbir üzvü. Mübariz Əhmədov (jurnalist) — Azərbaycan jurnalisti. Mübariz Əhmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Digər Mübariz (snayper tüfəngi) Mübariz İbrahimov adına Biləsuvar məktəb liseyi — Biləsuvarda məktəb.
Mübariz Abbasov
Mübariz Allahverdiyev
Mübariz Qasım oğlu Allahverdiyev (19 noyabr 1942, Xocalı, DQMV) — Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (20.09.2010), Qarabağ Müharibə Veteranları Birliyinin üzvü, Xocalı soyqırımını Tanıtma İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xankəndi rayonunun Xocalı kəndində anadan olub. 1957-ci ildə Xocalı 7illik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, sonra isə Xankəndidəki Nizami adına 4 saylı orta məktəbin 9–10-cu siniflərində davam etdirib. 1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra təyinatın doğma yurdu DQMV-ya götürüb, lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib və öz yaxınları dairəsində deyib ki, İrəvandan alınan xüsusi göstərişə görə onlar türkləri (azərbaycanlıları) işə götürməməlidirlər. 1966-cı ilin oktyabr ayının 4 — də o, çətinliklə Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə (ermənilər ora həkim vəzifəsinə getməkdən imtina edirdilər) ilk iş yerinə göndərilib. 1967-ci ilin iyul ayının 7-də Xankəndidə törədilən qanlı-faciəli hadisədən sonra (ermənilər nahaqdan həbs etdirdikləri Qarakəndli Ərşad müəllimi və Şuşa həbsxanasının azərbaycanlı sürücüsünü məhkəmə zalından çıxandan sonra Xankəndinin mərkəzində küçədə diri-diri yandırdılar) M.Q.Allahverdiyevi Qırxqız yaylaqlarındakı maldarlıq və qoyunçuluq fermalarındakı işçilərə tibb xidməti göstərməyə göndəriblər (erməni həkimlər bu vəzifəni yerinə yetirməkdən də imtina etmişdilər). 1968-ci ilin yanvar ayının 4 — də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ilin aprel ayında Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun "Leninqrad" kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib.
Mübariz Ağayev
Ağayev Mübariz Alı oğlu (1 sentyabr 1953, Məlikumudlu, Zərdab rayonu) — 2006–2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015–2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. == Həyatı == Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979–1986-cı illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987–1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989–1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991–1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995–1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib. 2006–2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015–2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mübariz Aşırlı
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Mübariz Bağırov
Mübariz Məmmədhüseyn oğlu Bağırov (6 noyabr 1961, Şahbuz rayonu) — İqtisadçı, iqtisad elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsini dekan müavini və Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktoru. == Bioqrafiyası == Mübariz Bağırov 1961-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1968-ci və 1978-ci illərdə orta məktəbdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-ci ildə həmin institutu bitirmişdir. 1981-ci və 1982-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1986-cı və 1990-cı illərdə İqtisad Universitetinin aspiranturasında oxumuşdur. 1978-ci ildə Bakı şəhərində 2 №-li evtikmə kombinatında, 1993-cü ilə kimi fəhlə, mühəndis, böyük mühəndis, şöbə müdiri, direktor iqtisadi məsələləri üzrə müavini vəzifələrində və daha sonra Azərbaycan Sənayə-İnvestisiya Səhmdar-Konvensiya Bankının tikinti fialının müdiri olaraq işləmişdir. 1993-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1995-ci və 1997-ci illər arasında Sankt Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində doktoranturada təhsil almış, 1997-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru adı almışdır.
Mübariz Əmirov
Mübariz Mirəziz oğlu Əmirov (1947, Dəvəçi) — Azərbaycan pedaqoq-alimi, pedaqoji elmlər doktoru, professor. == Həyatı == 1947-ci ildə Azərbaycan SSRİ-nin Dəvəçi (indiki Şabran) rayonunda ziyalı ailəsində anadan olub, 1954–1965-ci illərdə Dəvəçi şəhər 1 saylı orta məktəbində, orta təhsil, 1969–1973-cü illərdə V. İ. Lenin adına APİ-nin tarix fakültəsində ali təhsil alıb. 1973–1974-cü tədris ilində Dəvəçi rayonu Baş Əmirxanlı kənd orta məktəbində tarix müəllimi, eyni zamanda axşam fəhlə-gənclər orta məktəbinin direktoru, 1974–1975-ci tədris illərində Dəvəçi rayonu Surra kənd məktəbində direktor müavini işləyib. 1975-ci ilin dekabrında Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun hüququn tədrisi metodikası ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1978-ci ildə aspiranturanı qurtarıb. 1978-ci ildən 1985-ci ilədək ETPEİ-da kiçik elmi işçi işləyib. 1985-ci ilin may ayının 25-də hüquq elmləri doktoru, professor Murtuz Ələsgərovun və pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin rəhbərliyi ilə Tbilisi şəhərində Puşkin adına Tbilisi Pedaqoji Universitetində "Hüquqi biliklərin verilməsi prosesində şagirdlərin müstəqil işlərinin səmərəli təşkili" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1985-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Tarix, coğrafiya və hüququn tədrisi metodikası" şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Türk, Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası" kafedrasında dosent vəzifəsində işləyib. 2008-ci ildə Bakı şəhərində "Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2014-cü ildən həmin kafedranın professorudur.
Mübariz Əsgərov
Mübariz Ağali oğlu Əsgərov (20 yanvar 1962, Ucar) — telejurnalist, prodüser, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. == Həyatı == Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucar şəhərində anadan olub. Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də layihə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur.
Mübariz Cəfərov
Mübariz Göyüşlü
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Mübariz Hacıyev
Mübariz Həmidov
Mübariz Şərafət oğlu Həmidov (d. 12 iyul 1956) — Sumqayıt Dövlət Dram Teatrnın direktoru (2018–2022), Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti. == Həyatı == Mübariz Şərafət oğlu Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. M. Həmidov 1975–79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1979–2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb. Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub. H. Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq Artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq Artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, İlyas Əfəndiyevin 90 illik yubileyi, Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSSRİ Xalq Artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının qırx günlüyünə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabrında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin il oktyab ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilmiş təntənəli konsert proqramının və digər irimiqyaslı tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biridir. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur. 2006-cı il yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilmişdir. M. Həmidov 2010-cu ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən İlin teatr xadimi nominasiyası ilə "İlin markası mükafatı", 2011-ci il may ayının 18-də Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan bayrağı" diplomu, Alman — Azərbaycan Cəmiyyəti tərəfindən "Alman – Azərbaycan dostluq ənənələrinin inkişafına görə" "Körpü" diplomu, 2012-ci ildə "Kitab evi" İctimai Birliyi tərəfindən "Kitab evi" İctimai Birliyinin teatr sənətinə xidmətinə və ictimai təşkilatçılığına görə "Vətən naminə" və "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin – Azərbaycan teatr sənətinin yüksək səviyyədə xidmətlərinə görə "Ana Yurd" fəxri diplomu , 2012-ci ilin aprel ayında Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu, İnstitutun direktoru, pedaqoji elmlər doktoru, AMEA-nın arxeologiya İnstitutunun doktorantı Nuridə Atəşi tərəfindən Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin genişmiqyaslı təbliğinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında layiqli xidmətlərinə görə fəxri fərman, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatındakı siyasi və təşkilati işlərdəki fəaliyyətinə görə fəxri fərman, 2013-cü ilin may ayında İrəli İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən keçirilən "Teatr günləri" layihəsində göstərdiyi dəstəyə görə təşəkkürnamə, iyun ayında Azərbaycan Universiteti tərəfindən fəxri fərmanla, 2013-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının K. S. Stanislavski adına mükafatı və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətini tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Mübariz Mədətov
Mübariz Mədətov (d. 8 noyabr 1952, Bakı – ö. 23 noyabr 2018, Bakı) — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin üzvü, uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi. == Həyatı == Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib. 1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib.
Mübariz Mənsimov
Mübariz Qurban oğlu Mənsimov (22 mart 1968, Bakı) — Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi, Xəzər-Lənkəran futbol klubunun fəxri prezidenti. == Həyatı == 6 qız və 3 oğlandan ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.[mənbə göstərin] Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.
Mübariz Namazov
Mübariz Bəndi oğlu Namazov (2 dekabr 1952) — Azərbaycan riyaziyyatçısı. 1996-cı ildə ilk riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir. Hal-hazırda Bakı şəhəri Texniki Humanitar liseyində dərs deyir.
Mübariz Nağıyev
Nağıyev Mübariz Qüdrət oğlu (28 noyabr 1970, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == Mübariz Nağıyev 28 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gidiyası|Azərbaycan Professional Kinorejissorlar Gildiyası|Azərbaycan Professional Kinorejissorlar Gidiyasının üzvüdür. 2022-ci ildən Azad Azərbaycan TV kanalında "Yadındamı" layihəsinin, eləcə də sənədli televiziya filmləri silsiləsinin rejissoru və aparıcısıdır. == Filmoqrafiya == == Təltifləri == Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2022Azərbaycan Respublikasının "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 == İstinadlar == == Həmçinin bax == "Köhnə radio" sənədli filminin təqdimatı olub [[1]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[2]] AMK-da "Həqiqət sorağında" sənədli filminin nümayişi olub [[3]] "YARAT"da növbəti film — "Dünən qəfildən gəldi…" [[4]] "MƏDƏNİYYƏT" qəzeti [[5]] Poliqon İnformasiya Agentliyi. Əzazil ana, həyatları alınmayan cütlük, təsadüfü ayrılıq [[6]] "Həqiqət sorağında" sənədli filmi nümayiş olunacaq [[7]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[8]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçirilib [[9]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçiriləcək [[10]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[11]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı olub [[12]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[13]] Nazirlik xalça sənəti haqqında film çəkir [[14]] "Həyatın ilmələri" filmi təqdim edildi [[15]] "Bir rəssamın portreti" — Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [[16]] "Bir rəssamın portreti" [[17]] "Bir rəssamın portreti" sənədli filminin premyerası keçiriləcək [[18]] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [[19]] Yarat.
Mübariz Orucov
Mübariz Orucov (tam adı Orucov Mübariz Mənsur oğlu; 27 aprel 1974, Sumqayıt) — Azərbaycanlı sabiq futbolçu. müdafiəçi mövqeyində çıxış etmişdir. == Həyatı == Mübariz Orucov 27 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1991–1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. == Karyerası == Mübariz Orucov dövrünün ən istedadlı müdafiəçilərindən biri olmuşdur. === Klub karyerası === O, peşəkar futbola 1991-ci ildə Sumqayıt "Xəzər"ində başlamışdır. 1997-ci ildə Masallının "Viləş" klubuna keçib; bu komanda ilə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan Mübariz, 1999–2001-ci illər ərzində "Şəmkir"lə ardıcıl iki dəfə Azərbaycan çempionu olub. 2001–2006-cı illər ərzində "Qarabağ"ın şərəfini qorumuş və Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatının bürünc medalını da qazanıb. Onun futbolçu kimi sonuncu komandası isə Premyer Liqanın 2006/2008 mövsümündə oynadığı "Karvan" olub. Mübariz Orucov Azərbaycan çempionatlarında ən çox forma geyinən 8-ci futbolçudur.
Mübariz Paşayev
Paşayev Mübariz Əlixan oğlu (Mübariz Əlixanoğlu) - Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Mübariz Əlixanoğlu 1972-ci ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır. Xüsusi səs tembrinə malik idi. 20-ə qədər filmdə və "Mozalan" süjetlərində əsasən epizodik rollarda çəkilmişdir. 2007-ci ildə vəfat etmişdir. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülüb.
Mübariz Quliyev
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Mübariz Qurbanov
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Mübariz Rzayev
Mübariz Balağa oğlu Rzayev (20 may 1968, Lənkəran) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun sabiq komandanı, 2020-ci il Vətən müharibəsinin komandanlarından biri. == Həyatı == Mübariz Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. == Hərbi xidməti == Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. 2021-ci il martın 21-də 3-cü Ordu Korpusunun komandanı təyin olunub. Mübariz Rzayev 17 dekabr 2021-ci ildə vəzifəsindən azad olunub. Rzayev öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.
Mübariz Tağıyev
Mübariz Hüseyn oğlu Tağıyev (31 yanvar 1948, İrəvan) - azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub. Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Ailəsi == Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.
Mübariz Zeynalov
Mübariz Zeynalov (d. 18 mart 1945, Kirovabad, Azərbaycan SSR, SSRİ – ö. 8 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu. "Neftçi"nin əfsanəvi 1960-cı illər nəslinin nümayəndələrindən biri. Karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. == Həyatı == Mübariz Zeynalov 1945-ci il martın 18-də Kirovabad şəhərində anadan olmuşdur. Uşaq yaşlarından futbola böyük həvəsi olan Zeynalov bu idmanı o zamanlar doğma şəhərin daşlı, qəmbərli küçələrində öyrənib. 15-16 yaşlarında ikən qonşuluğunda yaşayan Ağa Abbasovun təklifi ilə onun oynadığı "Alüminium Zavodu" komandasında meydana çıxır. Bir müddət orada oynadıqdan sonra onu 17 yaşında ikən "Dinamo" (Kirovabad) komandasının hazırlıq qrupuna götürdülər və bir il də orada oynayır. 1964-cü ildə komandanın əsas heyətinə qəbul edilir.
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. == Həyatı == Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. == Təhsili == Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. == Fəaliyyəti == 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib. 2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub.
Heyvanlarda Bruselyoz və Vərəmlə Mübarizə (1980)
Heyvanlarda bruselyoz və vərəmlə mübarizə (film, 1980)
Həyat Uğrunda Mübarizə (1926)
== Məzmun == Texniki-təbliğat filmi neft sənayesində zədələnmə halları haqqındadır. Müəlliflərin bu filmi çəkməkdə məqsədi təhlükəsizlik texnikası qaydaları barədə fəhlələrdə əyani təsəvvür yaratmaqdan ibarət olmuşdur. Maraqlı baxılmaq üçün aktyor oyunlarından da istifadə edilmişdir. Film tərbiyəvi-profilaktik xarakter daşıyır. == Film haqqında == Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 2189 və № 1757 == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Litvinov Operator: İvan Tartakovski Elmi məsləhətçi: Behbudov (mühəndis) == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Həyat mübarizədir (film, 1987)
Həyat mübarizədir (film, 1990)
Həyat mübarizədir (Rom: Jeevan Ek Sanghursh) — 1990-cı ildə Rahul Ravail tərəfindən çəkilmiş və prodüseri D. Rama Naidu olan Bollivud filmidir. Baş rollarda Raakhee, Anil Kapoor və Madhuri Dixit çəkilmişdirlər. Film müvəffəqiyyətli olmuşdur və 1990-cı ilin ən çox gəlir gətirən onuncu Bollivud filmi olmuşdur.
Həyat uğrunda mübarizə (film, 1926)
== Məzmun == Texniki-təbliğat filmi neft sənayesində zədələnmə halları haqqındadır. Müəlliflərin bu filmi çəkməkdə məqsədi təhlükəsizlik texnikası qaydaları barədə fəhlələrdə əyani təsəvvür yaratmaqdan ibarət olmuşdur. Maraqlı baxılmaq üçün aktyor oyunlarından da istifadə edilmişdir. Film tərbiyəvi-profilaktik xarakter daşıyır. == Film haqqında == Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 2189 və № 1757 == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Litvinov Operator: İvan Tartakovski Elmi məsləhətçi: Behbudov (mühəndis) == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Kim Possibl: Zamanda mübarizə
Kim Possibl: Zamanda mübarizə (ing. Kim Possible: A Sitch in Time) — 2003-cü ildə çəkilmiş qısametrajı animasiyadır. == Məzmun == Ron Stoppabl yeni bir məktəb ilinə hazırlanarkən, ailəsiylə birlikdə xanım Ogehsin bir iş təklifi səbəbiylə Norveçə gedəcəyini öyrənir. Bu müddətdə Meymun Gücü, Həkim Drakken, Şiqo və Daff Killiqan "Zaman Meymunu" adlı kiçik bütün iki parçasını tapmaq üçün əməkdaşlıq edirlər. Bu büt zamanda səfər etməyi təmin edir. Bir müddət sonra onlar muzeydən "Zaman Meymunu" bütünün bir hissəsini oğurlamaq istəyirlər. Kim Possibl isə bu vəziyyəti dayandırmaq niyyətindədir. Kim Possiblın inadlı mübarizəsinə baxmayaraq Meymun Gücü, Həkim Drakken, və Daff Killiqan Şiqonun sayəsində onun müqavimətini dəf edə bilirlər. Bu zaman Kim bağlı sarkofaqda qalır və onlar "Zaman Meymunu" bütünü oğurlamağı bacarırlar. Kimi sarkofaqdan isə səhər muzeyə gələn Ron azad edir.
Kim Possibl: Zamanda mübarizə (cizgi filmi, 2003)
Kim Possibl: Zamanda mübarizə (ing. Kim Possible: A Sitch in Time) — 2003-cü ildə çəkilmiş qısametrajı animasiyadır. == Məzmun == Ron Stoppabl yeni bir məktəb ilinə hazırlanarkən, ailəsiylə birlikdə xanım Ogehsin bir iş təklifi səbəbiylə Norveçə gedəcəyini öyrənir. Bu müddətdə Meymun Gücü, Həkim Drakken, Şiqo və Daff Killiqan "Zaman Meymunu" adlı kiçik bütün iki parçasını tapmaq üçün əməkdaşlıq edirlər. Bu büt zamanda səfər etməyi təmin edir. Bir müddət sonra onlar muzeydən "Zaman Meymunu" bütünün bir hissəsini oğurlamaq istəyirlər. Kim Possibl isə bu vəziyyəti dayandırmaq niyyətindədir. Kim Possiblın inadlı mübarizəsinə baxmayaraq Meymun Gücü, Həkim Drakken, və Daff Killiqan Şiqonun sayəsində onun müqavimətini dəf edə bilirlər. Bu zaman Kim bağlı sarkofaqda qalır və onlar "Zaman Meymunu" bütünü oğurlamağı bacarırlar. Kimi sarkofaqdan isə səhər muzeyə gələn Ron azad edir.
Kim Possible: Zamanda mübarizə
Kim Possibl: Zamanda mübarizə (ing. Kim Possible: A Sitch in Time) — 2003-cü ildə çəkilmiş qısametrajı animasiyadır. == Məzmun == Ron Stoppabl yeni bir məktəb ilinə hazırlanarkən, ailəsiylə birlikdə xanım Ogehsin bir iş təklifi səbəbiylə Norveçə gedəcəyini öyrənir. Bu müddətdə Meymun Gücü, Həkim Drakken, Şiqo və Daff Killiqan "Zaman Meymunu" adlı kiçik bütün iki parçasını tapmaq üçün əməkdaşlıq edirlər. Bu büt zamanda səfər etməyi təmin edir. Bir müddət sonra onlar muzeydən "Zaman Meymunu" bütünün bir hissəsini oğurlamaq istəyirlər. Kim Possibl isə bu vəziyyəti dayandırmaq niyyətindədir. Kim Possiblın inadlı mübarizəsinə baxmayaraq Meymun Gücü, Həkim Drakken, və Daff Killiqan Şiqonun sayəsində onun müqavimətini dəf edə bilirlər. Bu zaman Kim bağlı sarkofaqda qalır və onlar "Zaman Meymunu" bütünü oğurlamağı bacarırlar. Kimi sarkofaqdan isə səhər muzeyə gələn Ron azad edir.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (digər adı ilə CERT. GOV. AZ / az. KİMM, en. Computer Emergency Response Team) Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmət göstərir. Mərkəz Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərir. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sahə üzrə görülən işlər və ümumi vəziyyət barədə rüblük qiymətləndirmə hesabatını təqdim edir. == Mərkəzin əsas vəzifə və funksiyaları == kompüter təhlükəsizliyinə müasir təhdidlər haqqında istifadəçilərdən, kompüter texnikası və proqram təminatı istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan alınan informasiyanın, eləcə də konkret kompüter insidentlərinə, kompüter sistemlərinin qorunması üçün tətbiq edilən proqram-texniki vasitələrin effektivliyinə aid materialların toplanması, təhlili və müvafiq məlumat bazalarında yığılması; kompüter təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi əsasında dövlət orqanlarındakı istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən ən səmərəli proqram-aparat vasitələrinin tətbiq edilməsinə dair tövsiyələrin işlənib hazırlanması, istifadəçilərə məsləhət xidmətləri və texniki kömək göstərilməsi; kompüter sistemlərinə xaker hücumlarının qarşısını almaq üçün məlumatların operativ qəbulu və təcili kömək göstərilməsi, internet şəbəkəsinin və digər informasiya sistemlərinin, o cümlədən lokal və korporativ sistemlərin istifadəçilərinə kompüter təhlükəsizliyinə yaranan təhdidlər haqqında vaxtında məlumat verilməsi və kompüter insidentlərinin təhqiqatında dövlət orqanlarına kömək etmək; kompüter təhlükəsizliyinin təmin edilməsinə dair proqram və texniki vasitələrin seçilməsində məsləhətlər verilməsi, kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin nöqsanları və çatışmazlıqları aşkar edildikdə proqram təminatı satıcıları ilə əməkdaşlıq; dövlət müəssisələrinin informasiya təhlükəsizliyi bölmələrinin yaradılmasında və müvafiq normativ sənədlərin işlənib hazırlanmasında onlara kömək göstərilməsi; kompüter cinayətləri və informasiya təhlükəsizliyinin hüquqi təminatı məsələlərinə dair müvafiq qurumlarla, xarici ölkələrdəki "CERT" şöbələri ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq, informasiya və iş təcrübəsi mübadiləsi; dövlət orqanlarının müvafiq bölmələri ilə kompüter insidentləri haqqında zəruri informasiyanı vaxtında əldə etmək üçün qarşılıqlı fəaliyyət göstərmək və kompüter hüquq pozuntularının (xaker və virus hücumlarının) qarşısının alınmasında köməklik göstərmək və təlimat keçirmək. == Mərkəzin funksiyaları == Mərkəz ona həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: kompüter insidentləri haqqında informasiyasını vaxtlı-vaxtında qəbul edir və kompüter insidentlərinin qarşısının alınması, belə hallara yol verilməməsi və onların təhqiqi məsələlərində informasiya sistemlərinin və İnternet şəbəkəsinin istifadəçilərinə kömək göstərir; Mərkəzin saytı vasitəsilə istifadəçilərlə qarşılıqlı informasiya fəaliyyətini təmin edir, saytda istifadə edilməsi tövsiyə olunan kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin siyahısını və sorğu informasiyasını yerləşdirir; Mərkəz kompüter insidentlərinin aradan qaldırılmasına dair işlərin gedişində ona məlum olmuş informasiyanın həmin insidentdən zərər çəkmiş istifadəçinin razılığı olmadan üçüncü tərəfə bildirməyəcəyinə zəmanət verir. Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə, təqdim edilən və yayılan informasiyaya görə öz səlahiyyətləri həddində məsuliyyət daşıyır. Mərkəz bu və ya digər sistemlərin və resursların fəaliyyətini dayandırmaq hüququna malik deyil, lakin həmin məsələlərin həll edilməsi üçün onların müvafiq hüquq-mühafizə orqanlarına verilməsi hüququnu özündə saxlayır. Mərkəz ondan alınmış informasiyanın düzgün başa düşülməməsi nəticəsində istifadəçilərin təqsiri üzündən baş verə biləcək səhvlərə, zərərə, birbaşa və ya dolayı itkilərin digər növlərinə görə məsuliyyət daşımır.
Koronavirusla Mübarizəyə Dəstək Fondu
Koronavirusla Mübarizəyə Dəstək Fondu — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmışdır. Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir. == Haqqında == Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 2020-ci il martın 19-da fərman imzalamışdır. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edib. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi,sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək. === Fondun vəsaitindən koronavirusla mübarizə üçün istifadə istiqamətləri === Tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; Tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə; Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; Nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; Tibb sahəsində mütəxəssislərin hazırlanmasına; Təbliğat və maarifləndirmə işlərinə; Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.
Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyya (Azərbaycan)
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya (bundan sonra "Komissiya") "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. == Haqqında == Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. == Vəzifələri == Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; Korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək; Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək; Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.
Mübariz (snayper tüfəngi)
Mübariz (Snayper tüfəngi) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan snayper tüfəngi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırılmışdır. == Tarixi == Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan Mübariz snayperi ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində "İndoDefence −2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, Türkiyə və Pakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib. == Adlandırılması == Mübariz snayperi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. "İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adı ilə qəbul edilib. == Texniki xüsusiyyətləri == İST −12,7 "Mübariz" — 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. "Mübariz" uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır.
Mübariz Allahsızlar İttifaqı
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Mübarizun
Mübarizun (ərəb. مبارزون‎; mənası – duelist) — VII əsrin müsəlman istilaları zamanı Raşidi ordusunda xüsusi hərbi birlik. Mübarizunlar dövrün müsəlman ordularında düşmənin çempionları ilə döyüşməsinə görə tanınırdı. Ərəb, Bizans və Sasani müharibə ənənəsində döyüşlər, adətən, qarşı tərəfin ordularının çempion döyüşçüləri arasında baş tutan duellərlə başlayırdı. Mübarizunlar İslam ordularının ən cəsur adamları hesab olunurdular və onlar haqqında çoxlu miflər olurdu. Müsəlman ordusu ümumiyyətlə əsgərlərinin zirehlərini geyməsindən sonra birliklərini mövqelərinə yerləşdirir, son olaraq isə önə Mübarizun göndərərək başlayırdı. Mübarizun döyüşçülərinə düşmən arasından qalmaq riskindən uzaqlaşmaq üçün məğlub olan düşmən çempionlarını arxasına düşərkən düşmən cəbhəsinə gedən yolun üçdə ikisindən çoxunu qət etməkdən çəkinmək tapşırılırdı. Duel mərhələsi başa çatdıqdan sonra ordu ümumi irəliləyişinə başlayırdı.
Müsəlmanlar Sülh Uğrunda Mübarizədə (1987)
== Məzmun == Film müsəlmanların sülh uğrunda mübarizəsinə həsr edilmiş Beynəlxalq Bakı konfransının işindən danışır.
Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
== Məzmun == Film müsəlmanların sülh uğrunda mübarizəsinə həsr edilmiş Beynəlxalq Bakı konfransının işindən danışır.

Digər lüğətlərdə