MƏBHUT

zərf [ ər. ] Heyran-heyran, çaşmış halda, heyrət içində.
…Qatar yola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım. Ə.Haqverdiyev.

□ Məbhut qalmaq – heyran qalmaq, təəccüblənmək, çaşıb qalmaq.
[Dərviş:] Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb, məbhut bir halda qaldım. A.Divanbəyoğlu.
…Şəfiqənin mərmər kimi ay üzündə olan çökəklərini gördükdə Cəlil ağa məbhut qaldı və birdən-birə onu sevdi, aşiq oldu. Q.İlkin.

Məbhut etmək – heyran etmək, heyrətdə qoymaq, təəccübləndirmək.
Onların arasındakı intizam və başçılarına olan hörmət bizi məbhut etmişdi. M.İbrahimov.

Məbhut olmaq – bax məbhut qalmaq.
Firidun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məbhut olub qaldı. M.İbrahimov.

MƏBƏDGAH
MƏBLƏĞ

Digər lüğətlərdə

загущённый зама́чивать кораблестрои́тельный нада́риваться насме́шливость отзы́вно простонаро́дный разгу́л сердобо́льный учётчица фильц вмеша́тельство гипотети́чный изгото́вить мале́нько про́тив клевать hartal levity Medea pangram stockade subversive молодые швабра