MƏRDİMAZARLIQ

is. Başqasına ziyan vurma, zərər yetirmə, pislik eləmə; pislik, yamanlıq.
Mərdimazarlıq yaman işdir; Belə qalmaqdan ölməyin xoşdur. S.Ə.Şirvani.
Söz yox ki, qonşuluqda bir belə mərdimazarlıq əmioğluna yaraşan şey deyildir. C.Məmmədquluzadə.

□ Mərdimazarlıq etmək (eləmək) – pislik etmək, ziyan yetirmək, zərər vurmaq.
[Zeynal:] Dövlətlilərdən mərdimazarlıq eləyəni-zadı olar birdən! Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏRDİMAZARLIQ MƏRDİMAZARLIQ (birinə edilən pislik) [Həmid:] Mən sizə mərdimazarlıq eləmişəm, Balağa qədeş (H.Abbaszadə); PİSLİK Heç vaxt unutmarıq yaxşılıqları; Amm
  • MƏRDİMAZARLIQ fitnəçilik — fəsadçılıq — müzürlük — iyrənclik

Antonimlər (əks mənalı sözlər)

  • MƏRDİMAZARLIQ MƏRDİMAZARLIQ – XEYİRXAHLIQ Axı mərdimazarlıq yaxşı şey deyildir (C.Əmirov); – Nə olar, xeyirxahlıq pis şey deyil ki (M
MƏRDİMAZAR
MƏRDİMGİRİZ

Digər lüğətlərdə