MARKALI

sif.
1. Marka yapışdırılmış, markalanmış, markası olan. Markalı paket.
– Minlərlə məktub gəlir; Üstü çeşid-çeşid markalı. R.Rza.

2. Üzərində fabrik və ya zavod markası (damğası) olan.
Balaca bir qutudan [Səkinə] “Zvezda” markalı qızıl saat və zümrüd qaşlı bir üzük çıxartdı. M.İbrahimov.
…Bircə ay sonra [Göyçək] yeni markalı … maşında gəzəcəkdi. Ə.Əbülhəsən.

MARKALANMAQ
MARKASIZ

Digər lüğətlərdə