MİNNƏTÇİ

is. Özgə üçün başqasından bir şey xahiş edən, minnət edən.
[Sona] qapısına gələn bir çox elçiləri, minnətçiləri boş yola saldı. Ə.Əbülhəsən.
[Şahpəri Yusifə:] Gecəgündüz minnətçi minnətçi dalısınca gəlirdi, bəs necə oldu? B.Bayramov.

□ Minnətçi düşmək – özgəsi üçün xahiş etmək, minnət etmək, vasitəçi olmaq.
…Başda Molla Qafar olmaqla, Kərbəlayı Hətəmxana neçə gün minnətçi düşüb onu yola gətirməyə çalışırlar. S.Rəhimov.

Minnətçi getmək – birisi üçün xahişə getmək, iş düzəltmək üçün birisinin yanına getmək.
MİNNƏT-SÜNNƏT
MİNNƏTÇİLİK

Digər lüğətlərdə