MƏXZUD
MƏİŞƏT
OBASTAN VİKİ
Məin padşahlığı
Məin padşahlığı — Cənubi Ərəbistanda (Yəmən ərəb respublikasının şimal hissəsində) qədim tayfa və dövlət. Məin padşahlığının daha erkən abidələri e.ə. 6-5-ci əsrlərə aiddir. Paytaxtı əvvəlcə Məin, sonralar Karnavu şəhəri olmuşdur. Məin padşahlığı erkən quldarlıq dövləti idi. Kahinlər və qəbilə-tayfa əyanları dövlətin idarə olunmasında mühüm rol oynayırdı. Ərəbistandan keçən ticarət yolları Məin padşahlığının nəzarəti altında olmuşdur. Ətirli maddələrin ticarəti padşahlığın inkişafına böyük təsir göstərmişdir. Məin padşahlığı E.ə. I əsrdə Kataban padşahlığından asılı vəziyyətə düşmüşdür.