MƏQTUL

sif. [ ər. ] köhn. Öldürülmüş, qətl olunmuş.
□ Məqtul olmaq – qətl edilmək, qətl olunmaq, öldürülmək (silahla).
Sərhəddə vaqe olan son müharibədə Xivə xanı məğlub və məqtul olmuş, başı isə Tehrana gətirilmişdir. C.Cabbarlı.

// İs. mənasında. Öldürülmüş, qətl olunmuş adam.
Xülasə, məqtulların arasında [Yusif şahın] nəşi görünmədi. M.F.Axundzadə.
Sonra haman qatil gəlib, məqtulun evinə girəndə onun təqsirindən keçirlər. Ə.Haqverdiyev.

MƏQTƏ
MƏQUL

Digər lüğətlərdə