MƏTBƏX

Ərəbcədir, bizdə aşlıq işlədilib, aşbaz yerinə aşçı, xörək qabı yerinə aşıc işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MƏŞVƏRƏT
MƏTBUAT
OBASTAN VİKİ
Mətbəx
Mətbəx — iki mənada işlənir: qida hazırlanan otaq. ölkələrinə, millətlərinə görə yemək növləri, kulinariya. Mətbəx otağı — müasir evlərdə əsas otaqlardan biridir. Adətən yemək otağına yaxın yerləşir. Mətbəx otağında soyuducu, qaz və ya elektrik plitəsi, qab yuyan, qab və qazanları yığmaq üçün müxtəlif dolablar və s. olur.
Molekulyar mətbəx
Molekulyar mətbəx (ing. Molecular gastronomy) və ya Molekulyar kulinariya — yemək və desertlərin hazırlanmasına elmi yanaşma; fiziki-kimyəvi mexanizmləri nəzərə alan mətbəx. Molekulyar kulinariyaya alternativ kulinariya da demək olar. Molekulyar kulinariya 1992-ci ildə meydana gəlsə də, son illərdə geniş yayılmağa başlayıb. Kimyaçı Erve Tisa və fizik Nikolas Kurti yemək hazırlanmasına ciddi laborator tədqiqat tələb edən bir məsələ kimi baxırlar. Onlar əmin olublar ki, suflenin hazırlanması zamanı baş verən proseslər Veneranın atmosferinə nisbətən daha az öyrənilib. Bu zaman yeməklər vakuum şəraitində aşağı temperaturda hazırlanır. Molekulyar mətbəx inqredientlərin bişmə zamanı fiziki və kimyəvi dəyişikliklərinə əsaslanır. Belə ki, yemək hazırlanması zamanı maddənin molekulyar əlaqələrini qırdıqda, həmin maddənin yeni, qeyri-adi xüsusiyyətləri üzə çıxır. Nəticədə maddənin forması, dadı dəyişə bilər; maddəyə təsir etməklə onu molekulyar mərhələdə dəyişib ondan yeni maddə alınır.
Mətbəx (teleserial)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Mətbəx (teleserial, 2012)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Mətbəx debatı
Mətbəx debatı (ing. Kitchen Debate) — ABŞ-ın vitse-prezidenti Riçard Nikson və SSRİ Nazirlər Şurasının sədri Nikita Xruşşov arasında 24 iyul 1959-cu ildə Moskvada "Sokolniki" parkının sərgi mərkəzində Amerika Milli Sərgisinin "ABŞ Sənaye Məhsulları"nın açılışında keçirilən bir sıra ekspromt dialoqlar. Sərgi, təşkilatçılarının fikrincə, istənilən amerikalının əldə edə biləcəyi bir evi nümayiş etdirdi. Ev Amerika istehlak bazarının məhsullarını nümayiş etdirən yeni məişət texnikası ilə dolu idi. == Debatlar == Mətbəx debatı 1955-ci ildə Cenevrədə keçirilən görüşdən sonra ABŞ və SSRİ liderləri arasında ilk yüksək səviyyəli görüş idi. Sərgidə mətbuat agenti kimi iştirak edən Uilyam Lyuis Safirin dediyinə görə, dialoqlar sərginin müxtəlif yerlərində, lakin əsasən şəhərətrafı evin nümunəvi mətbəxinin ərazisində aparılıb. Nikson və Xruşşov kapitalizm və sosializmin üstünlüklərini müzakirə etdilər. Müzakirələr 1957-ci ildə “Sputnik”in buraxılması ilə 1962-ci ildəki Kuba raket böhranı arasında dünya siyasi sistemləri arasında qarşıdurma fonunda baş tutmuşdu. Əksər amerikalılar belə hesab edirdilər ki, Niksonun ölkədəki populyarlığını artıran debatda qalib gəlməsi oldu. Müzakirə ABŞ-ın liderlik etdiyi yeni texnologiya olan rəngli videolentdə qeydə alınıb; debat zamanı Nikson bunu Amerikanın çoxsaylı texnoloji nailiyyətlərindən biri kimi göstərdi.
Parisdə mətbəx (film, 2014)
Parisdə mətbəx (rus. Кухня в Париже) – Dmitri Dyaçenkonun gözlənilən Rusiya komediya filmi. "Mətbəx" sitkomunun davamıdır. Filmin kinoteatrlarda ilk göstərilməsi 1 may 2014-cü ilə nəzərdə tutulub.
Eskimos mətbəxi
Eskimos mətbəxi — qədim sivilizasiyaya malik olan Eskimosların milli yeməkləri.Eskimos mətbəxtini, dünyanın digər mətbəxtlərindən fərqləndirən ən önəmli cəhət bəzi yeməklərin çiy yeyilməsidir. == İnyupik mətbəxi == İnyupiklər avropalılarla qarşılaşmamışdan əvvəl öz mətbəxləri heç bir təsirə məruz qalmadan formalaşırdı. İnyupiklərin mətbəxində ən önəmli məmulat ətdir.Onlar əti niqipiaq yəni əsil yemək adlandırırlar (niqi 'yemək' + piaq 'əsil'). Eskimoslar bəzən yeməklərini çiy formada yeyirlər, bunun əsas səbəblərindən biri isə Eskimosların ulu nəsillərinin bir müddət od əldə edə bilməmələri və beləliklə, bəzi hallarda əti çiy yeməyə öyrəşmələridir. Maktak: Çiy formada yeyilən balina ətidir.Ətin üzərində mütləq balina yağı olur.Çiy formada yeyilməsinin əsas səbəbi, ətdə çoxlu vitaminlərin olması göstərilir.Eskimoslar vitaminli qidaları çox sevirlər.Yemək hazır olduqda Uunaalik adlanır. Quaq: Dondurulmuş formada yeyilən ət və ya balıq.Əsasən ovçuların səhər yeməyi olaraq istifadə edilir.Digər Eskimos xalqlarının dillərində nunavut inuktitut və ya nunavik inuttitut adlanır. Uiḷaq : Qurudulmuş ət. Mikigaq : Balina əti.Maktakın ət maşınından çəkilmiş forması. Igamaaqłuk : Fok yağında qızartılan qismən qurudulmuş ət. Igaapiaq : Qazanda qaynadılmaqla hazırlanan ət xörəyi.
Filippin mətbəxi
Filippin mətbəxi — çoxmillətli Cənubi Asiya dövləti olan Filippin mətbəxi. Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqe də təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan «Pansit kanton»u xüsusi qeyd etmək lazımdır. Bu ölkədə əti müxtəlif üsullarla hazırlayırlar. Onlardan biri adobedir (əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayır sonra da qızardırlar). Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər. Filippinlilərin "Leçe flan" adlanan məşhur desertinin tərkibi yumurta sarısı və süddən ibarətdir.
Fin mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. == Ümumi xarakteristika == Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Finlandiya mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. == Ümumi xarakteristika == Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Fransa mətbəxi
Fransa mətbəxi (fr. Cuisine française)-Fransada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Fransa mətbəxinin mənşəyi Orta əsrlərə uzanır. Fransanın Fransa inqilabı sonrasında Koloniləşmə dövründə dünya səhnəsindəki qazandığı gücüylə mütənasib olaraq inkişaf etmişdir. == Haqqında == Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir. Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil. == Yeməkləri == === Retatuy === Bu xörək Provansdan, daha dəqiq, Nitsadandır.
Fransız mətbəxi
Fransa mətbəxi (fr. Cuisine française)-Fransada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Fransa mətbəxinin mənşəyi Orta əsrlərə uzanır. Fransanın Fransa inqilabı sonrasında Koloniləşmə dövründə dünya səhnəsindəki qazandığı gücüylə mütənasib olaraq inkişaf etmişdir. == Haqqında == Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir. Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil. == Yeməkləri == === Retatuy === Bu xörək Provansdan, daha dəqiq, Nitsadandır.
Gürcü mətbəxi
Gürcüstan mətbəxi — dünyanın zəngin və dadlı mətbəxlərindən biri. == Gürcü süfrəsi == Ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, “Suliko” ilə bitir. Arada isə yeməklər verilir. Dostluq və qonaqpərvərlik gürcülərin əsas xüsusiyyətləridir. “Qonaq Allah qonağıdır!” – qapısını qonaq açan istənilən gürcü evində belə deyirlər. Evin sahibi uzun stol açır, dostları çağırır, tamada dəvət edir, masanın üzərinə “Borjomi” suyu və ən yaxşı şərabını qoyur. Məsələn, tünd yaqut rəngli, zərif ətirli turş “Mukuzani” şərabı. Bütün dünyada məşhur olan daha bir gürcü şərabı – qırmızı kəmşirin “Kindzmarauli”dir. Təcrübəli şərabçılar onu “möhtəşəm, yetişmiş və tez təsirləndirən, nəfis giləmeyvə ətri və heyranedici dad verən şərab” kimi qiymətləndirirlər. Supra – gürcü süfrəsi həmişə sağlıqlarla və rəqslərlə müşayiət olunur.
Gürcüstan mətbəxi
Gürcüstan mətbəxi — dünyanın zəngin və dadlı mətbəxlərindən biri. == Gürcü süfrəsi == Ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, “Suliko” ilə bitir. Arada isə yeməklər verilir. Dostluq və qonaqpərvərlik gürcülərin əsas xüsusiyyətləridir. “Qonaq Allah qonağıdır!” – qapısını qonaq açan istənilən gürcü evində belə deyirlər. Evin sahibi uzun stol açır, dostları çağırır, tamada dəvət edir, masanın üzərinə “Borjomi” suyu və ən yaxşı şərabını qoyur. Məsələn, tünd yaqut rəngli, zərif ətirli turş “Mukuzani” şərabı. Bütün dünyada məşhur olan daha bir gürcü şərabı – qırmızı kəmşirin “Kindzmarauli”dir. Təcrübəli şərabçılar onu “möhtəşəm, yetişmiş və tez təsirləndirən, nəfis giləmeyvə ətri və heyranedici dad verən şərab” kimi qiymətləndirirlər. Supra – gürcü süfrəsi həmişə sağlıqlarla və rəqslərlə müşayiət olunur.
Hindistan mətbəxi
Hindistan mətbəxi — Hindistan ərazisində yaşayan müxtəlif xalqların mətbəx mədəniyyətinin təcəssümüdür. == Tarixi == Xalqların yemək mədəniyyətlərini müəyyənləşdirən ən vаcib аmillər sırasında təsərrüfat həyatı (əkinçilik, maldarlıq, ovçuluq və s.) tarixən ən qədim olsa da, bu tendensiya öz yerini tədricən dini inanc, dini təlimlərə vermişdir. Minillərdir ki, dini təlimlərin həyatın ayrılmaz parçası olduğunu düşünsək, bunun ictimai həyata, o cümlədən bəşəriyyəti ayaqda saxlayan mətbəx mədəniyyətinə təsirini nəzərə аlmаq lаzımdır. Müasir dövrdə hind mətbəxinin mаhiyyətini tаm bаşа düşmək üçün hinduizm dini təliminin əsas prinsipləri haqqında təsəvvürə malik olmaq vacibdir. İkinci bir mühüm məqam isə, Hindistana gələn hər yeni köç dalğasının öz mətbəx alışqanlıqlаrını özləri ilə bərabər gətirməsidir. Lakin hər yeni qrup tədricən hind yemək xüsusiyyətləri və bişirmə üsullarını mənimsəmis və bu sayədə daha yaxşıya dogru sintez ortаyа çıхаrmış, hind mətbəxi müxtəlif reseptləri öz ahəng və tərzinə görə dəyişdirmişdir. Yeməklərin bölgələrə görə fərqlənməsində iqlim, fərqli dinlər, fərqli etnosların mətbəx mədəniyyəti əsaslı rol oynayır. Məsələn, hindlilər inək əti, müsəlmanlar donuz əti, buddistlər isə heç bir ət yеməyi yеmir, bu da onların yemək mədəniyyətini müəyyənləşdirir. Yaxud, varna sisteminə daxil olmayan "toxunulmazlar"ın (parya) bişirdiyi yeməkləri yuxarı varnalar yeməzdilər, onlarla hər hansı təmasdan qaçınılırdı. == Hind mətbəxinin əsas xüsusiyyətləri == Hindistanda əhalinin mütləq əksəriyyəti əli ilə, xüsusi ilə sol əllə müqayisədə təmiz sayılan sağ əli ilə yeyir.
Hollandiya mətbəxi
Niderland mətbəxi — Niderland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var. Ənənəvi Holland mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Niderlandın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Holland mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Holland mətbəxi dünyanın zəngin və dadlı mətbəxlərindən biridir. == Yeməkləri == Holland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var. === Yaşıl siyənəklər === Hollandlılar siyənək, skumbriya, durnabalığı və həmçinin dəniz məhsullardan istifadə edirlər.
Kanada mətbəxi
Kanada mətbəxi — Kanadada yaşayan xalqların ənənəvi mətbəxi. Kanadada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Kanada mətbəxinin mənşəyi Orta əsrlərə uzanır. == Qidası == Əksər kanadalılar qida rasionlarına fikir verirlər. Odur ki, bütün dükanlarda alıcılara orqanik və qeyri-orqanik yeməkləri ayrıca təqdim edirlər. Ən milli yeməkləri bunlardır; Pootin Butter Tarts Kraft yeməyi === Şəhər mətbəxləri === Toronto mətbəxi — Toronto çox əhəmiyyətli çoxmədəniyyətli müxtəlifliyi olan böyük bir şəhərdir. Şəhər daxilində xüsusi mətbəxlərə diqqət yetirilir. Maritimes mətbəxi — Kanadanın Maritimes bölgəsi bəzi unikal qidalara malikdir; bölgədə yerli olan qida maddələri vardır. Region Şərqi Kanadadır. Üç əyalətdən ibarətdir: Yeni Brunsuik, Nova Skotia və Şahzadə Edward Adası.
Kipr mətbəxi
Kipr mətbəxi - kipr mətbəxi Türkiyə və Yunanıstan mətbəxlərinə çox yaxındır. Bu mətbəxə Fransa, İtaliya, Andorra və s. ölkələrin mətbəxinə oxşayır. == Yeməklərin hazırlanması == Yeməklər adətən təzə tərəvəzlərdən - kabaçki, yaşıl bibər, yerkökü, pomidor, xiyar, kələm, üzüm yarpağı, lobya və s.dən hazırlanır. Həmçinin limon, armud, alma, üzüm, portağal, naringi, şaftalı, qara qaragilə, çiyələk, gilas, yemiş, qarpız, avakoda, badam və s. meyvə və quru meyvələrdən istifadə edilir. Bu mətbəx ədviyyatlarla da zəngindir. İstiot, əkin indausu, iyli kərəviz, adi qaraqınıq, darçın və s. yeməklərə xüsusi dad verir. Kipr mətbəxinin əsas ədviyyatı isə nanədir.
Koreya mətbəxi
Koreya mətbəxi, Koreya yarımadası və cənub Mancuriyadakı qədim Əkinçilik və köçəri həyat tərzi ənənələri, təbii mühit və fərqli mədəni meyllərin qarşılıqlı təsir yolu ilə inkişaf etmişdir. == İnqridiyentlər == Koreya mətbəxində Düyü, Tərəvəz, Ət və dəniz məhsulları böyük ölçüdə rola malikdir. Kimçi demək olar ki, hər zaman bütün yeməklərin yanında yeyilir. Ən çox istifadə olunan inqridiyentlər arasında Küncüt yağı (참기름), dvencanq(된장-mayalanmış Soya lobyası püresi), soya sosu(간장), Duz, Sarımsaq, Zəncəfil, qırmızı toz bibər, qoçucanq(고추장-mayalanmış qırmızı bibər püresi) və Kələm yer almaqdadır. == Tarixi == Koreyada eramızdan əvvəl əhali Buğda, Arpa (bitki) və düyü kimi dənli bitkilər əkir, ovçuluq və balıqçılıq ilə məşğul olurdu. Arxeoloji qalıqlar bu dövrdə fermentləşdirilmiş lobyanın kəşf edildiyini və şimalda heyvanların əhilləşdirildiyini göstərir. Üç Koreya Krallığı dövründə Koreya mədəniyyətinin yüksəlişi baş vermişdir. Bu dövrdə hər bölgənin özünün ayrı-ayrı mədəni təcrübələri və yeməkləri var idi. Məsələn, Bekçe krallığı soyuq qidalar və kimçi kimi fermentləşdirilmiş yeməklər ilə tanınırdı. 4-cü əsrdə Çin ilə mədəniyyət mübadiləsi zamanı Buddizm və Konfutsiçilik`in yayılması ilə Koreya fərqli mədəniyyətlərin təsirinə məruz qalmışdır.Qoryo hakimiyyətinin son dövründə monqollar 13-cü əsrdə Qoryonu işğal etdi.
Livan mətbəxi
Livan mətbəxi, Aralıq dənizi və Yaxın Şərq mətbəxlərinin təsirlərini birləşdirən zəngin və rəngarəng yemək ənənəsidir. Livan mətbəxi, əsasən, təzə tərəvəzlər, meyvələr, zeytun yağı, limon suyu və sarımsaq kimi təbii inqrediyentlərdən istifadə edir. Məşhur yeməkləri arasında meze adlanan kiçik yeməklər, tabbouleh, hummus, kibbeh və falafel var. Ət yeməkləri əsasən quzu və toyuqdan hazırlanır, qırmızı ət isə nadir hallarda istifadə olunur. Livan mətbəxi həmçinin bitki çayları və qəhvə kimi içkiləri ilə də tanınır. Bu mətbəx həm sağlamlıq, həm də dad baxımından dünyada məşhur olan ənənəvi və müasir yeməklərin harmoniyasını təmsil edir. == Tarixi == Livan mətbəxinin tarixi qədim zamanlara gedib çıxır və Finiyalılardan, Romalılardan, Osmanlılardan və müxtəlif ərəb mədəniyyətlərindən təsirlənmişdir. Livanın coğrafi mövqeyi Aralıq dənizi və Yaxın Şərqlə yaxın əlaqələrini təmin etmiş, bu da Livan mətbəxinin zəngin və müxtəlif olmasına səbəb olmuşdur. Əsrlər boyu müxtəlif sivilizasiyalar Livan ərazisində hökm sürmüş və hər biri öz mətbəx ənənələrini buraya gətirmişdir. Osmanlı İmperiyası dövründə Livan mətbəxi, xüsusilə ədviyyatlarla zənginləşmiş, dolma və baklava kimi yeməklər bu dövrdə mətbəxə daxil olmuşdur.
Ləzgi mətbəxi
Ləzgi mətbəxi, tarixən ləzgilər tərəfindən hazırlanmış ənənəvi qida rasionudur. Ləzgi mətbəxinin müxtəlifliyi ilə seçilir. Bura ümumi qafqaz mətbəxinə daxil olan (kabab, dolma, xingal, urbeç) kimi yeməklərlə yanaşı həm də sırf ləzgilərə xas olan (isida, tac, tskan, afarar, xəşil) kimi yeməklər də daxildi. Mətbəx əsasən heyvandarlıq və kənd təsərrüfatı məhsulları ilə təmsil olunur. Daha çox quzu və mal əti, bitkilərdən taxıl və tərəvəzlərdən istifadə edilir. == Çörək == Dünyanın bütün xalqları kimi, ləzgilərin də əsas ərzağı çörəkdir. Hər bir ləzgi süfrəsində ən çox yayılmış üç növ çörəkdən birinə rast gəlmək olar: Hram fu (ləzg. хьран фу ləzg. хьран фу hiran fu) Saçun fu (ləzg. сачун фу saun fu) Qvar kvay fu (ləzg.
Macarıstan mətbəxi
Macarıstan mətbəxi — Macarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Macarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Macarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Ədviyyatlı Macarıstan mətbəxi şübhəsiz ki, istiotun istifadəsi ilə məşhurdur. Macarıstan mətbəxi yüngül və ya incə mətbəxlərə aid olmadığına baxmayaraq, onun bütün dünyada öz həvəskarları var. === Tərəvəzlər === Müxtəlif bibərlər, soğan, sarımsaq və pomidor, və xörəklərin əksəriyyətində çoxlu miqdarda istifadə olunan istyuyudülmüş istiot Macarıstan mətbəxinə füsunkarlıq və ləzzətli dad bəxş edən inqrediyentlərdən bir neçəsidir. Tərəvəzlər ilk növbədə Müxtəlif bibər növləri, kələm, pomidor, soğan və kartof Macarıstan xörəklərinin səciyyəvi və vacib inqrediyentləridir.
Meksika mətbəxi
Meksika mətbəxi — Qarğıdalı, lobya, meyvə növləri və müəyyən bitki növləri ümumiyyətlə zəngin bitki örtüyünə malik olan bu isti, tropik ölkə mətbəxində mühüm rol oynayır. Meksikada çox müxtəlif regional mətbəxlər var. İspan mətbəxinin təsiri Meksikanın şimalında yayılıb. Yerli əhalinin mətbəxi cənubdadır. == Tarixi == Meksika bütün dünyada yayılmış kakao, vanil, avokado, yerfıstığı, pomidor, çili və qarğıdalının yaradıcısıdır. Demək olar ki, Meksikada bir çox yeməklər qarğıdalı ilə hazırlanır. Qarğıdalı o qədər mühümdür ki, Asteklər tərəfindən qarğıdalı tanrısı olaraq ucaldılıb. İkinci isə ədviyyat kimi istifadə olunan çilidir. Meksikada ev heyvanı kimi it saxlanılır. Meksikada Qabaq çiçəyi Flor de Calabaza hind inciri adlandırılır.
Misir mətbəxi
Misir mətbəxi — ənənəvi Misir mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Misirin müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Misir mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Misir mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Tarixçilərin qənaətinə görə soba, xəmir mayası, çörək və oladye məhz qədim Nil sahillərini ölməz ölkəsi Misirdən gəlib. Misirlilər 5 min il əvvəl soğan becərməyə başlayıblar. İngilis arxeoloqu Qovard Karter Tutanxamonun sərdabəsində qazıntı apararkən oradan içində qurumuş şərab izləri olan çoxlu gil qablar dünyanın mətbəx reseptləri yazılmış papiruslar tapmışdı. Papirusda fironun ən xoşladığı yemək qeyd edilmişdi Misir mətbəxində orta əsrlərdən müasir günümüzə kimi çox dəyişiklər olub. Bu gün Misir Ərəb Respublikasında İslam dininə görə şərab pivə və donuz əti qadağandır.
Naxçıvan mətbəxi
Naxçıvan mətbəxi-Naxçıvan Muxtar Respublikasının mətbəxi. Bir insan yaşaması üçün yemək yeməli, bir şeylər içməli, bir sözlə qidalanması laszımdır. Ancaq bir insanın nə yediyi və necə yediyi onun yaşadığı ərazi ilə bir sözlə təbii coğrafi şəraitlə, məşğuliyyət sahəsi və onun mədəniyyəti ilə bağlıdır. Dini, sosial və etnik mənsubiyyət də qidalanmada mühüm rol oynayan amillərdən biridir. Yeməyin, qıdanın tarixinə nəzər salsaq görərik ki, insanın yaranması ilə meydana gəlmişdir. Onlar əvvəlcə bunu təbiətdən hazır şəkildə almış, sonralar isə ictimai inkişafın gedişi prosesində özləri çeşidli yeməklər hazırlamaq vərdişinə yiyələnmişlər. Bu baxımdan yeməklər xalqın maddi-mədəniyyətinin əsas tərkib hissələrindən birini təşkil edir. T. Əmiraslanov deyir: "Azərbaycan mətbəxi dedikdə yalnız xörəklər, onların bişirilmə qaydaları deyil, həm də tarix, fəlsəfə, süfrə psixologiyası, adət-ənənələr, xalqın etika və estetikası və s. bu kimi amilləri ahəngdar surətdə birləşdirən mətbəx mədəniyyəti başa düşülür. Dünyada ən güclü mətbəxlər Çin, Fransa və Türk mətbəxidir.
Niderland mətbəxi
Niderland mətbəxi — Niderland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var. Ənənəvi Holland mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Niderlandın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Holland mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Holland mətbəxi dünyanın zəngin və dadlı mətbəxlərindən biridir. Holland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var. Hollandlılar siyənək, skumbriya, durnabalığı və həmçinin dəniz məhsullardan istifadə edirlər.
Orta əsrlər mətbəxi
Orta əsrlər mətbəxi — V əsrdən XVI əsrə qədər Avropa mətbəxinin ərzaq, tərəvəzlərinə, yemək vərdişlərinə və yemək hazırlamaq adətlərinə verilən ümümi ad. Orta əsrlər boyu, qidalanma və yemək hazırlamaq sahəsində, böyük dəyişikliklər baş vermişdir. Bütün dəyişikliklər nəticəsində, muasir Avropa mətbəxi formalaşmışdır. Bu dövrdə ən çox istifadə olunan çörək məmulatı idi. Yulaf və makaron kimi taxıl məmulatlarından hazırlanan yeməklər isə ikinci dərəcəli yer tuturdu. Ət məmulatlarından, gündəlik şəkildə nisbətən daha yüksək təbəqələr istifadə edirdi. Orta və yuxarı təbəqənin ümumi istifadə, etdiyi tərəvəzlər ən çox istifadə olunanlar arasında idi. Ərzaq və tərəvəzlərdən başqa, şərab, gülab və sirkədən gündəlik şəkildə istifadə olunurdu. Yeməklərə əlavə dad vermək, üçün baldan və şəkər tozundan istifadə edilirdi. Ət məmulatlarından ən çox toyuq və donuz ətlərinə təlabat vardı.

Значение слова в других словарях