NƏŞR

ə. 1) yayma, dağıtma; 2) mətbuatda çap etdirmə; 3) kitab, qəzet və s. çap edib yayma; 4) qiyamət günü bütün ölülərin dirilməsi. Nəşri-məarif maarifi yayma.

NƏŞİMƏN
NƏŞRİ
OBASTAN VİKİ
Elektron nəşr
Elektron nəşr - redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu. Elektron nəşr – elektron hesablama maşınlarından istifadə etməklə çap əsərlərinin buraxılması, yaxud nəşrlərin elektron vasitələrlə, informasiyanın maşında oxunan formada hazırlanması və yayılması (məsələn, maqnit-lent nəşrləri, elektron jurnal və s.). Elektron sənədlərə aşağıdakılar aiddir: elektron kitablar, elektron məqalələr və göstəricilər, yeni liklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları, rəqəmsal şəklə salınmış video və audiomateriallar, elektron materialların digər müxtəlif növləri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Gürcü Nəşriyyat Şirkəti
Gürcü Nəşriyyat Şirkəti — XX əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərmiş ən iri nəşriyyatlardan biri. == Molla Nəsrəddin jurnalı == 1909 ilin iyulunadək Cəlil Məmmədquluzadənin özünəməxsus "Qeyrət" mətbəəsində çap olunan "Molla Nəsrəddin" jurnalı həmin tarixdən 1917 ilin fevralınadək Gürcü nəşriyyat şirkətinin mətbəəsində çap olunmuşdur. 1913 ilin yanvarından isə jurnalın mətni "Şərq" mətbəəsində yığılır, Gürcü nəşriyyat şirkətinin mətbəəsində isə çap edilirdi. Jurnalın şəkil və karikaturaları Bıxovun litoqrafiyasında hazırlanırdı. 1913 ildə "Molla Nəsrəddin" jurnalının 16-cı sayında İran inqilabçılarına divan tutulması səhnəsini əks etdirən şəkil dərc olunur. Həmin nömrədə jurnalın naşir və məsul redaktorunun imzalarının verilmədiyinə və həmin nömrədəki karikaturalar baxılmaq üçün əvvəlcədən Mətbuat işləri üzrə Tiflis Komitəsinə təqdim edilmədiyinə görə, komitənin qərarı ilə jurnalın bu nömrəsi həbs olunur, Gürcü nəşriyyat şirkəti, mətbəəsinin müdiri A.Cabadari məhkəmə məsuliyyətinə cəlb edilir. Elə həmin ilin sentyabrında Tiflis şəhər 2-ci dairə sülh məhkəməsi A.Cabadarini 50 manat məbləğində cərimə etmək, ödəyə bilməyəcəyi halda isə 10 günlük həbs etmək haqqında hökm çıxarır. == Həmçinin bax == Cəlil Məmmədquluzadə "Qeyrət" nəşriyyatı Şərq (qəzet) Kommunist qəzeti == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Kembric Universiteti Nəşriyyatı
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Köhlən (nəşriyyat)
Köhlən nəşriyyatı
Kəpəz (nəşriyyat)
Kəpəz Nəşriyyatı (fr. Les Éditions Kapaz) — Fransanın Strasburq şəhərində yerləşən və əsasən Azərbaycan Ədəbiyyatı ilə bağlı kitabların çap edilməsi ilə məşğul olan nəşriyyat. Bu nəşriyyatın təsisçiləri: Dilbadi Qasımov, Jan-Emmanuel Medina və Nicat Kasimov. Nəşriyyatın loqosu əsasən Qərbi Azərbaycanda, Kiçik Qafqazda, Gəncə şəhəri yaxınlığında yerləşən Kəpəz dağından ilhamlanıb. == Nəşriyyat haqqında == Kəpəz Nəşriyyatı 2018-ci ilin avqust ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. Nəşriyyatın üç əsas təsisçisi mövcuddur ki, bunlar Nicat Kazımov, Dilbadi Qasımov və Jan Emmanuel Medinadır. Nəşriyyat tərəfindən bu günə qədər Azərbaycan ədəbiyyatının bir çox nümunəsi fransız dilinə tərcümə edilərək, çap olunmuşdur. Bu kitablardan Əhməd bəy Ağaoğlunun Müsəlman dünyasında islahatlar (fr. La Réfome du Monde Musulman) və Nəriman Nərimanovun Bahadır və Sona (fr. Bahadir et Sona) əsərlərini göstərmək mümkündür.
Kəpəz Nəşriyyatı

Laruss (nəşriyyat)
Laruss (fr. Les Éditions Larousse) — 1852-ci ildə Pyer Laruss və Ogüst Byan tərəfindən təsis edilmiş Fransa nəşriyyatı. Nəşriyyat istinad ədəbiyyatının (lüğətlərin, ensiklopediyaların) nəşri üzrə ixtisaslaşmışdır. == Tarixi == Bundan əlavə, nəşriyyat "Vie et langage" elmi-populyar jurnalı, həmçinin "Langue française" və "Langages" jurnallarını kimi dilçilik üzrə jurnallar nəşr etdirir. Nəşriyyatın proqramına "Langue et langage" seriyasında çap olunmuş dilçilik üzrə əsərlər də daxildir. "Laruss" nəşriyyatı 2004-cü ildən "Aşett" nəşriyyat konserninin bir hissəsidir. Nəşriyyat 13 may 2008-ci il tarixindən etibarən internetdə pulsuz lüğətlər və ensiklopediyalar təklif etməyə başlamışdır. Bu, "Vikipediya"nın prinsiplərinə uyğun olaraq istifadəçilər tərəfindən əlavə oluna bilər. == Əlavə ədəbiyyat == Энциклопедический словарь Ларусс (Petit Larousse) — многократно переиздаваемая книга. Большая энциклопедия Ларусс (Grand Larousse Encyclopédique) — издана в 1960—1964 годах.
Molodaya qvardiya (nəşriyyat)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya nəşriyyatı. açıq səhmdar cəmiyyəti. Sovet dövründə, 1922-ci ildə qurulan "Molodaya qvardiya" Rusiyanın ən köhnə nəşriyyatlarından biridir. == Tarixi == "Molodaya qvardiya" 1922-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin kitab jurnal nəşriyyatı kimi yaradılmışdır. Sovet dövründə "Molodoy kommunist", "Vojatı", "Vokruq sveta", "Rovesnik" kimi 14 jurnal nəşr edirdi. N. Ostrovskinin "Polad necə bərkidi", A. Fadeyevin "Gənc qvardiya" romanları ilk dəfə "Molodaya qvardiya"da nəşr olunmuşdur. "Molodaya qvardiya"nın buraxdığı 100-dən çox əsər (L. Leonun "Rus meşəsi", S. Smirnovun "Brest qalası" və s.) Lenin və SSRİ Dövlət mükafatlarına, Ümumittfaq Lenin komsomolu və SSRİ Jurnalistlər İttifaqının mükafatlarına layiq görülmüşdür. "Molodaya qvardiya" sosialist ölkələrinin nəşriyyatları ilə sıx əlaqə saxlamışdır. Azərbaycan yazıçılarının (Süleyman Rəhimovun "Mehman", Elçinin "Baladadaşın ilk məhəbbəti", Anarın "Dantenin yubileyi", Maqsud İbrahimbəyovun "Hekayə və povestlər"i və s.) da əsərlərini nəşr etmişdir.
Mücrü nəşriyyatı
Mütərcim (nəşriyyat)
"Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi — Azərbaycanda nəşriyyat 1993-cü ildən fəaliyyətə başlayan "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi Azərbaycanda yaranan ilk özəl nəşriyyatlardandır. Əsasən, tərcümə ədəbiyyatlarının, lüğətlərin, ensiklopediyaların, ali və orta ixtisas məktəbləri üçün dərslik, dərs vəsaitlərinin nəşri sahəsində ixtisaslaşmışdır. İldə 100-120 adda kitab nəşr edir. == Tarixi == 1993-cü ildən fəaliyyət göstərən "Mütərcim" - Tərcümə Mərkəzinin təsisçiliyi ilə fəaliyyətə başlamışdır. == Mükafatları == Nəşriyyat 1999 və 2001-ci illərdə "İlin nəşriyyatı" adına layiq görülmüşdür. Bir sıra respublika və beynəlxalq kitab sərgilərinin nominantı olmuşdur. Müxtəlif kitab sərgi və yarmarkalarda nəşriyyatın çap etdiyi kitablardan A.Hacyevin «Ренессансный мир «Хамсе» Низами Гянджеви» - "ən məzmunlu kitab", R.Əkbərovun «İlk tibbi yardım» kitabı – «tibbi biliklərin təbliği», V.Yusiflinin «Tənqid də yaradıcılıqdır» kitabı – "ən yaxşı tənqidi kitab", T.Cəfərovun «Тйрко-славйанскийе связи в литературе древней Руси» kitabı – "ən yaxşı ədəbiyyat tarixi kitabı", R.Əkbərovun «Povest və hekayələr» kitabı – "ilin satira kitabı", F.Dostoyevskinin «Karamazov qardaşları» romanı (tərcümə edəni Telman Vəlixanlı) – "ilin bədii tərcümə kitabı", «Dilçilik ensiklopediyası» – "ilin filoloji layihəsi", həmçinin «Mütərcim» jurnalı – "ilin tərcümə jurnalı" və s. nominasiyaların qalibi olmuşdur. == Yerli və xarici əlaqələri == Nəşriyyat respublikanın yaradıcı birlikləri (Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, «Содружество», «Луч», «Южный треугольник» və s.), respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları (Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Voronej Dövlət Pedaqoji İnstitutu (Rusiya) və s., elmi-tədqiqat müəssisələri (AMEA-nın Ədəbiyyat, Dilçilik İnstitutları və s., Təhsil Problemləri İnstitutu), həmçinin xarici ölkələrin bir sıra nəşriyyat və jurnalları («Златоуст», «Спутник+», «РАЕ», «Росиздат», «Литера», «Наука и жизнь Казахстана» və s.) ilə sıx əməkdaşlıq edir.
Mütərcim Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi

Nauka (nəşriyyat)
"Elm" nəşriyyatı (Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatının Akademik Tədqiqat və Nəşriyyat, İstehsal, Poliqrafiya və Kitab Yayımı Mərkəzi, qısaldılmış adı - FSUE Nəşriyyat Evi “Elm”») — Sovet və Rusiya akademik kitab və jurnal nəşriyyatı. SSRİ və dünyanın ən böyük elmi nəşriyyatı (1982-ci ildə) . “Nauka” nəşriyyatının loqosunda ilk süni Yer peyki və açıq kitab təsvir olunub. 2019-cu ildə iflas ərəfəsində idi. 2016-cı ildən etibarən "Akademkniga" şirkəti tərəfindən fizika, kimya, biologiya, geologiya üzrə Rusiya elmi jurnalları nəşr olunur. == Tarixi == Nəşriyyatın sələfi 1727-ci ildən akademik nəşrlərin çap olunduğu Elmlər Akademiyasının mətbəəsi idi. 1917-ci ildən sonra Rusiya Dövlət Akademik mətbəəsi çağırıldı. Rusiya Elmlər Akademiyasının nəşriyyatı SSRİ-də 1923-cü il aprelin 14-də yaradılmış və ilk olaraq Petroqradda yerləşirdi, nəşriyyatın ilk rəhbəri akademik Aleksandr Fersman, nəşriyyatın çap etdirdiyi ilk nəşr isə növbəti nəşr idi. 1924-cü ilin sonunda nəşr olunan Rusiya Elmlər Akademiyasının İzvestiya cildi. 1925-ci ilin avqust ayından Rusiya Elmlər Akademiyası (1917-1925) SSRİ Elmlər Akademiyası adlandırıldıqdan sonra nəşriyyat öz adını dəyişərək SSRİ Elmlər Akademiyası Nəşriyyatı (ANİ) adlandırdı.
Nurlan nəşriyyatı
"Nurlan" nəşriyyatı — Azərbaycanda nəşriyyat evi, 1992-ci ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Əsas fəaliyyəti kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur. == Əlaqə == Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küçəsi,8-ci döngə 4. Tel.: (+99412)497-16-32, Faks: (+99412)497-16-32.
Nəşri-maarif
"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. == Tarixi == Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər. "Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular.
Nəşriyyat
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar-mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV – XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Nəşriyyat Evi (Qroznı)
Nəşriyyat Evi — Çeçenistan Respublikası paytaxtı Qroznı şəhərində mətbuat və nəşr orqanlarının yerləşdiyi bina. Bina Nazarbayev küçəsi ilə (keçmiş Mayakovski küçəsi) Lorsanov küçəsinin (keçmiş Qırmızı Veteranlar küçəsi) kəsişməsində yerləşir. Binada Çeçenistanda nəşr olunan demək olar ki, bütün respublika qəzet və jurnallarının redaksiyaları və "Qroznı Fəhləsi" nəşrinin mətbəəsi var. Binanın birinci mərtəbəsində Jurnalistika Muzeyi yerləşir, muzeyin açılışı 2013-cü ildə olmuşdur. == Tarixi == Qroznı Mətbuat Evi 1970-ci illərin ortalarında inşa olunmağa başlanmışdır. Binanın inşasında əsas məqsəd Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasınında olan dövrü mətbuat vasitələrinin qərargahla təhciz edilməsi olmuşdur. İlk zamanlar bina Mətbuat Evi adlandırılmışdır. Sonradan binaya Qroznı Nəşriyyat Evi adı verilmişdir. Nəşriyyat Evi hazırda Qroznı şəhərində Nazarbayev Küçələri (keçmiş Mayakovski Küçəsi) ilə Lorsanov Küçələrinin (keçmiş Qırmızı Veteranlar Küçəsi) kəsişməsində yerləşir. Binada Çeçenistanda nəşr olunan demək olar ki, bütün respublika qəzet və jurnallarının redaksiyaları və "Qroznı Fəhləsi" nəşriyyatının mətbəəsi var.
Nəşriyyat işi
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar-mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV – XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Oksford Universiteti Nəşriyyatı
"Oxford University Press" (abbr. OUP, ing. Oksford Universiteti Nəşriyyatı) — ən böyük və "Cambridge University Press"dən sonra ikinci ən qədim universitet nəşriyyatı.
Orucov Qardaşları Mətbəə Nəşriyyatı
Orucov Qardaşları Mətbəə Nəşriyyatı — 1906–17-ci illərdə Bakıda Oruc, Qənbər və Abuzər Orucov qardaşlarına məxsus mətbəə-nəşriyyat. == Fəaliyyəti == Oruc, Qəmbər və Abuzər Orucov qardaşları XIX əsrin sonlarında Bərdənin Alpout kəndində anadan olublar. Bərdədə olan mülklərini sataraq Bakıya köçüblər. 1906-cı ilin payızında mətbəə açmaq üçün Varşavadan çap maşını gətiriblər. Nəşriyyatın kitab çapından başqa kitab və yazı ləvazimatı satan mağazaları da olub. Nəşriyyat İstiqlaliyyət küçəsində Tağıyevə məxsus binada yerləşirdi. Bu nəşriyyatda qardaşlar tərəfindən Azərbaycan, rus, avropa və şərq xalqları ədəbiyyatına aid bir çox kitablar çap edilib. 12–13 il (1905–1918) fəaliyyət göstərən mətbəə bu illərdə elmin müxtəlif sahələrinə aid və müxtəlif dillərdə 300-dən çox kitab və kitabça çap etmişdir. Azərbaycan yazıcılarından A. Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü. Hacıbəyov və başqa klassiklərin onlarla əsərləri bu mətbəədə işıq üzü görmüşdür. Orucov qardaşları Azərbaycan ədəbiyyatı nümunələrinin nəşrinə geniş yer verirdi.
Pedaqogika nəşriyyatı
"Pedaqogika" nəşriyyatı 3 yanvar 2000-ci ildə yaradılmışdır. Təsisçisi fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlıdır. Əsas fəaliyyəti dərsliklərin və dərs vəsaitlərinin nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii və məlumat ədəbiyyatının buraxılışı ilə də məşğul olur. == Əlaqə == Ünvan: Bakı şəhəri, S. Rəhimov küçəsi, 108. Tel.: (012)596–22-07, 596–22-08. Faks: 596–17-03. E-mail: [email protected].
Posev (nəşriyyat)
"Posev" azad rus nəşriyyatı — Almaniyada RHXHİ-dən olan rus mühacirləri tərəfindən təsis edilmiş nəşriyyat. Nəşriyyat rus dilində kitablar (o cümlədən bədii ədəbiyyat), həmçinin "Posev" və "Qrani" jurnallarını etmişdir. == Tarixi == "Posev" nəşriyyatı 1945-ci ildə Almaniyanın ABŞ işğal zonasında məcburi köçkünlər üçün Mönxenhof düşərgəsində təsis edilmişdir. 1947-ci ildə nəşriyyat Limburq-an-der-Landa, yanvarda isə Frankfurt-Mayn şəhərinə köçmüşdür. 1992-ci ildə Moskvada filialı açılmışdır. == Əlavə ədəbiyyat == Посев. Менкендорф, Лимбург-на-Лане, Франкфурт-на-Майне, Москва: Possev-Verlag. 1945—. Издательство «Посев»: 1945—1985. Франкфурт-на-Майне: Possev-Verlag.
Qanun (nəşriyyat)
Qanun nəşriyyatı – 1995-ci il 6 oktyabr tarixindən fəaliyyət göstərir, hal-hazırda Tbilisi prospekti 76 ünvanında yerləşir. Nəşriyyat ilk illərdə, əsasən, hüquq ədəbiyyatı nəşr edirdi. Sonralar isə bədii və tərcümə ədəbiyyatının nəşrinə üstünlük vermişdir. == Fəaliyyəti == “Qanun” nəşriyyatı bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir. “Qanun” nəşriyyatının gənclərlə bağlı başladığı “birinci kitab” və “ən yeni ədəbiyyat” seriyası cəmiyyətdə populyarlıq qazanmışdır. “Qanun” nəşriyyatı bir çox Nobel mükafatı laureatının: Gabriel Garcia Marquez, Orhan Pamuk, Herta Müller, J.M.G. Le Clezio, Jose Saramago, Albert Camus və s. ilə yanaşı, Bernhard Schlink, George Orwell, Marc Levy, Paulo Coelho, Dan Brown, Richard Branson, David Eagleman, Yuval Noah Harari, Eckhart Tolle, Salman Rushdie, J.R.R.Tolkien, Rhonda Berne, Stephen Hawking, Franz Kafka kimi dünyaca oxunan yazarların əsərlərini türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə etmişdir. “Qanun” nəşriyyatı “Dünya klassikləri” seriyasında Fyodor Dostoyevski, Lev Tolstoy, Toni Morrison, Anton Çexov, Victor Hugo, Theodore Dreiser, Jane Austen, John Steinbeck, Jack London, İvan Turgenev, Thomas Mann, Aleksandr Puşkin, Charles Dickens, “Azərbaycan klassikləri” seriyasında isə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı və digərlərinin əsərləri çap olunmuşdur. == Kitab satışı == Kitab satışı, əsasən, nəşriyyatın özündə yerləşən “Qanun” mağazada həyata keçirilir. Həmçinin nəşriyyat məşhur kitab mağazaları ilə – “Əli və Nino” kitab şəbəkələri, “Baku Book Center”, “Kitabevim.az”, “Kitabxana Kollektoru” və s.
Qanun Nəşriyyatı

Qəzet nəşrinin tarixi
Müasir qəzetin birbaşa əcdadları 1566-cı ilin əvvəlində Venesiyada geniş yayılmış, əl ilə yazılmış xəbər vərəqləri idi. Bu həftəlik xəbər vərəqələri İtaliya və Avropadakı müharibələr və siyasət haqqında məlumatlarla dolu idi. İlk çap qəzetləri Almaniyada 1609-cu ildən həftəlik nəşr olunurdu. Ümumiyyətlə, bu qəzetlər hökumət tərəfindən ciddi şəkildə senzuraya məruz qalır və yalnız xarici xəbərlər, mövcud qiymətlər barədə məlumat verirdi. 1695-ci ildə İngilis hökuməti senzuranı rahatlatdıqdan sonra Londonda, Boston və Filadelfiya da daxil olmaqla bir neçə başqa şəhərdə qəzetlər inkişaf etdi. 1830-cu ilə qədər yüksək sürətli preslər minlərlə qəzetləri ucuz gündəlik çap edə bilər, bu da gündəlik aşağı xərclərə imkan verirdi. == 16-cı əsrdən 1800-cü ilə qədər == Avvisi, ya da qəzetlər, 16-cı əsrin ortalarında Venesiya fenomeni idi. Tək vərəq olsa da, dörd səhifə düzəltmək üçün qatlanırdı və həftəlik olaraq yayınlanırdı. Bu nəşrlər Romada xəbərlərdən daha böyük bir auditoriyaya çatmışdı. Həftəlik və əl ilə yazılmış yeni məqalə ideyası İtaliyadan Almaniyaya, daha sonra Hollandiyaya yayıldı.

Digər lüğətlərdə