NARGÜLÜ

narın al rəngli gülü, nar çiçəyi.
NARGÜL
NARXANIM
OBASTAN VİKİ
Nargülü
Nargülü (lat. Campsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi.
Kökatan nargülü
Kökatan nargülü == Təbii yayılması == Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır. == Ekologiyası == Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur.
İriçiçəkli nargülü
İriçiçəkli nargülü (lat. Campsis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin nargülü cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür.