NARİNGİ

is. Portağala oxşayan ətirli sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı; mandarin.
Leyla gülümsünüb masanın üstünə çörək, …alma və naringi mürəbbəsi olan vazlar qoydu. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NARİNGİ NARİNGİ (meyvə) Acıqlandı nar; Göstərdi vüqar; Dedi: “'Naringi", Burax cəfəngi! (M.Seyidzadə); MANDARİN Yağışlarda bağ ətri, yağışlarda gül tozu; Hər
NARINYARPAQLI
NARKOMÁNİYA
OBASTAN VİKİ
Naringi
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.

Digər lüğətlərdə