NAZLANMAQ

f. Naz eləmək, işvə etmək, naz satmaq.
[Koroğlu:] Qarı deyəndə tozlanır; Gəlin deyəndə nazlanır. Koroğlu”.
Sara xanım bu sözdən sonra qara kirpiklərini birbiri üzərinə tikərək nazlandı… M.S.Ordubadi.
Qarşımda nazlanıb yenə gülürsən; Bilsən gülüşlərin nəyə bənzəyir? M.Müşfiq.

// Obrazlı təşbehlərdə.
Nazlandıqca sərin külək; Sahillərə sinə gərək. S.Vurğun.
Ay gümüş dalğalarda nazlanır gəmi kimi. N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAZLANMAQ işvələnmək — qəmzələnmək
  • NAZLANMAQ NAZLANMAQ Buna görə Nazlı son zamanlar olduqca nazlanır... (S.Rəhimov); ƏZİLİB-BÜZÜLMƏK [Çərkəz] görürdü ki, qızı şuxluq edir
NAZLANMA
NAZLI

Digər lüğətlərdə