Nİ́MFA

is. [ yun. ] Qədim yunan mifologiyasına görə, daşlarda, meşələrdə, bulaqlarda və s. yaşayan təbiət ilahələri.
NİMDƏR
NİMTƏN
OBASTAN VİKİ
Nimfa
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
Adrasteya (nimfa)
Adrasteya (yun.
Aretusa (nimfa)
Britomartida (nimfa)
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Exo (nimfa)
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj, dağ nimfası - oreada. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur. == Exo və Nərgiz == Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
Filira (nimfa)
Filira (yun.
Kalipso (nimfa)
Kalipso (yun. Καλυψώ) yunan mifologiyasında Ogigia adasında yaşamış dəniz nimfası, titan Atlantın qızı , Hesiod teoqoniyasına görə Okean və Tefidanın qızı okeanida , Apllodora görə Nerey və Dorida qızı nereid kimi göstərilib.
Kallisto (nimfa)
Kallisto (yun.
Kirena (nimfa)
Kirena (yun.
Koronida (nimfa)
Koronida (yun. Κορωνίς) yunyn mifologiyasında nimfa, Apollonun sevgilisi və təbabət tanrısı Asklepin anası.
Pandrosa (nimfa)
Pandrosa — Qədim yunan mifologiyasında personaj.
Salmakida (nimfa)
Salmakida, Salmakis ( yun. Σαλμακίς, lat.
Nimfalar
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
Nimfalar (Buqro)
Nimfalar (ing. The Nymphaeum) — Vilyam Buqronun çəkdiyi rəsm əsəri. Yağlı boya ilə kətan üzərində işlənmiş əsər 1878-ci ildə Parisdə tamamlanmşdır. Əsərdə gölməçədə çimən və əylənən mifik qəhrəmanlar - nimfalar təsvir edilmişdir. Buqro digər oxşar mövzulu əsərlərindən fərqli olaraq bu əsərdə tünd rəngli boyalara üstünlük vermişdir.
Nimfalar və Satir
Nimfalar və Satir (ing. Nymphs and Satyr) — tanınmış rəssam Vilyam Buqro tərəfindən 1873-cü ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsər 1873-cü ildə Parisdə tamamlanmışdır. Bir il sonra impressionistlər Buqronun stilindən tamamilə fərqlənən əsərlərdən ibarət sərgi təşkil etdilər. Əsər on doqquzuncu əsrin sonlarında Sterling Klark tərəfindən Nyu-York şəhərində, "Hoffman House Hotel"in barında aşkarlanmışdır. Klark yenidən kəşf etdiyi bu əsəri 1930-cu ildən 1943-cü ilə kimi özündə saxlamışdır. Əsər hazırda Massaçusets ştatının Vilyamstaun şəhərində Klark Mədəniyyət İnstitutunun muzeyində sərgilənir. Əsərdə gölməçədə çimən dörd nimfa və onları xəlvətcə güdən bir satir təsvir edilmişdir. Şəkildə, nimfalardan üçünün satiri gölməçəyə doğru çəkdiyi, digər birinin isə başqa nimfaları da onlarla birgə əylənçməyə çağırdığı görünür.
Nimfalidlər
Nimfalidlər (lat. Nymphalidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə