is. [
ər. ]
1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. – Niyyətin hara, mənzilin də ora. (
Ata. sözü ).
[Fərraşbaşı:] Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Salmanın niyyətini duyub, şahzadəyə bildirmişdi. M.F.Axundzadə.
□ Niyyət etmək (eləmək, qoymaq) – bir iş görmək arzusunda, məramında olmaq.
[Sitarə:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı.
[Fərəc:] Yox, niyyət eləmək azdır, Fizzə xanım, gərək ümumi iş uğrunda mübarizə edəsən! Ə.Məmmədxanlı.
Niyyətdən düşmək – bir işi yerinə yetirmək fikrindən əl çəkmək, məramından vaz keçmək.
[Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toyxərci hazır edim. M.F.Axundzadə.
Niyyəti yerinə gəlmək (baş tutmaq) – arzusuna çatmaq, məramına, məqsədinə yetmək.
Tale atanın xətrini sındırmadı, Kərimbəyin niyyəti yerinə gəldi. Mir Cəlal.
…niyyətinə düşmək – bir şeyin qəsdində olmaq, bir şeyi məqsəd kimi qarşısına qoymaq, özünə məqsəd etmək.
[Xəlil] o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə düşmüşdü. Çəmənzəminli.
2. Niyyətlə şəklində
zərf – …məqsədlə,
…arzusu ilə, qarşısına məqsəd qoyaraq (əsasən, “o”, “bu” işarə əvəzlikləri ilə işlənir).
Girdim bağa üzümə; Tikan batdı dizimə; Niyyətlə evdən çıxdım; Yar göründü gözümə. (Bayatı).
Lotular bu niyyətlə evdən çıxıb padşahın imarətinə tərəf gəlməkdə oldular. “Aşıq Qərib”.
[Mozalanbəy:] Mən Qafqazı səyahət edirəm və bu niyyətlə Gəncəyə gəlmişəm. Ə.Haqverdiyev.