NƏHƏNG
NƏHƏNGLİK
OBASTAN VİKİ
Nəhəng aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Nəhəng dorsteniya
Nəhəng dorsteniya (lat. Dorstenia gigas) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Nəhəng fırtınaquşu
Nəhəng fırtınaquşu (lat. Macronectes) — Fırtınaquşukimilər dəstəsinə, Fırtınaquşular fəsiləsinə aid cins. Arealı — Cənub yarımkürəsi, Subantarktika və Antarktika. Cinsə üç növ daxildir: Nəhəng şimal fırtınaquşu (Macronectes halli) — Cənubi Georgiya, Çatem adası, Kergelen, Kroze adaları, Makkuori adası. Nəhəng cənub fırtınaquşu (Macronectes giganteus) — Antarktida, Folklend adaları, Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Cənubi Pataqoniya. Macronectes tinae — Yeni Zelandiya (Şimali adası). Pliosen, 3,36-3,06 milyon il əvvəl. Nəhəng fırtınaquşu cinsinə daxil növlər fırtınaquşular fəsilədinə daxil olan ən iri quşlardır. Qanadları arasında məsafə 2 metr, bədəninin uzunluğu 90 sm, çəkiləri isə 3–5 kq-dır.
Nəhəng gürzə
Nəhəng gürzə (lat. Macrovipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi. Bu cinsin nümayəndələri əsasən səhra və yarımsəhra ərazilərində yayılmışlar. Qəzəbli xüsusiyyətə malik olurlar və kifayət qədər zəhərə malikdirlər. Bu səbəbdən çox təhlükəlidirlər. Cinsə dörd növ daxildir: Macrovipera deserti Macrovipera lebetina — Livan gürzəsi Macrovipera mauritanica — Mavritaniya gürzəsi Macrovipera schweizeri — Milos gürzəsi Bu cinsə daxil olan növlər: Şimali Afrika, Kipr, Türkiyə, Azərbaycan, Dağıstan, Ermənistan, İran, Əfqanıstan, Mərkəzi Asiyanın cənub ölkələrində, Pakistan və Hindistanın şimal-şərq hissələrində yayılmışdır. Mavritaniya gürzəsi əvvəllər Macrovipera deserti yarımnövü hesab edilirdi.
Nəhəng köstəbək
Nəhəng köstəbək (lat. Spalax giganteus) — Köstəbəkkimilər fəsiləsinə aid gəmirici növü. Köstəbəkkimilər fəsiləsinə aid olan növlər arasında ən böyüyüdür. Uzunluğu 25–35 sm, çəkisi isə 1 kq təşkil edir. Üst hissəsi rəngarəng, boz və ya oxra-qonur rəngdə olur. Yaşlı fərdlərin başının üst hissəsi ağ rəngdə olur. Qarın nahiyyəsi tünd-boz rəngdə olur. Nəhəng köstəbək endemik növ olaraq əsasən Ön Qafqaz ərazilərində yaşayırlar. Xüsusu ilə Kuma, Terek, Sulak çaylarının aşağı axarlarında rast gəlinir. Şimal arealı Kuma çayının ətrafları, cənub arealı isə Mahaçqala və Qudermes şəhərləri həmdəvərinə qədər uzanır.
Nəhəng maral
Nəhəng marallar (lat. Megaloceros) — Marallar fəsiləsinə aid nəsli kəsilmiş heyvan cinsi. Onlar əsasən Avrasiya və Şimali Afrika boyunca yayılmışdır. Bu cinsə daxil olan növlər arasında Megaloceros obscurus alt pleystosen dövründə yaşamışdır. Onlar Böyük buynuzlu marala yaxınlığı ilə seçilir. Böyük buynuz marallar isə 400 000 il önçə yaranmış və 7 500 il önçə isə nəsli kəsilmişdir. Onların qalıqlarına Qərbi Avropa, Şimali Afrika, Sibir və hətta Çinə qədər olan ərazilərdə rast gəlinir. Xüsusi ilə İrlandiya və Almaniyanın bataqlıqlarında çoxlu qalıqlar aşkarlanmışdır. Bu onu göstərir ki, bu marallar təkcə çöllüklərdə deyil, həmdə seyrək meşələr və onların yaxınlığında da yayılmışdılar. Buzlaşma dönəmində artıq Avropada nəhəng marallar tükənmişdi.
Nəhəng muntjak
Nəhəng muntjak (lat. Muntiacus vuquangensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin muntjak cinsinə aid heyvan növü.
Nəhəng osminoq
Nəhəng osminoq (lat. Enteroctopus dofleini) — Enteroctopodidae fəsiləsinə, Enteroctopus cinsindən olan osminoq növü. Osminoqların ən böyük növüdür. Növ alman zooloqu Gerhard Vülker (alm. Gerhard Wülker‎, 1885–1930) tərəfindən 1910-cu ildə izah edilmişdir. Sakit Okeanın şimalında, Yapon, Oxot və Berinq dənizlərində, eləcə də Şimali Amerikanın Sakit okean sahillərində, Aşağı Kaliforniyadan şimal-şərqdə Alyaskaya və qərbdə Yaponiyaya, tropikdən subarktik qurşağa qədər yayılmışlar. Qabarma və çəkilmə zonasında, 180 metrədək dərinlikdə, sahildən mareik çelfinin kənarına qədər 800 m dəyinlikdə bəzənsə 1500 metrədək dərinliklərdə olurlar. Nəhəng bir osminoq olaraq Yaponiya və Koreya yarımadasından Saxalin adasının cənub hissəsi olan Primorye bölgəsinə, o cümlədən: Kuril adaları, Kamçatka, Komandor və Aleut adaları arasında paylanır. Hal-hazırda erkəklərin və ən böyük dişilərin azalması müşahidə olunur. Nəhəng osminoqun çəkisi 2 ilə 10 kq arasında dəyişir.
Nəhəng planetlər
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir. Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır.
Nəhəng qantəpər
Nəhəng qantəpər (lat. Cephalaria gigantea) — qantəpər cinsinə aid bitki növü. Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir. Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür. Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır. Meşələrdə və dağ çəmənlərində rast gəlinir. Yaxşı balverən bitkidir.
Nəhəng sekvoyadendron
Nəhəng sekvoyadendron (lat. Sequoiadendron giganteum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sekvoyadendron cinsinə aid bitki növü. Gövdəsinin qabığının qalınlığı 50 mm-ə çatır, rəngi qırmızımtıl bozdur. Yarpaqları pulcuqlu iynevarıdır, uzunluğu 0,5-1,2 sm-ə çatır. Yarpaqları, əsasən, zoğ boyu yerləşir və aşağıya doğru əyiləndir. Onlar ayrı-ayrılıqda yuxarıdan əyilmiş, aşağıdan qabarıq, bozumtul-yaşıl rəngə çalır. İynəyarpaqları töküldükdən sonra zoğ və ya budaq üzərində rombşəkilli başlıqlar qalır. Çiçəklərində tozcuqlar 2-5 ədəd tozcuq kisələrində yerləşir. Toxumları ellips formalıdır, kənarları batıq qanadlarla əhatə olunmuşdur, uzunluğu 5mm-ə çatır. Toxum pulcuqlarında 3-12 ədədə kimi yumurtacıq olur.
Nəhəng soğan
Nəhəng soğan (lat. Allium giganteum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Nəhəng tuya
Nəhəng tuya (lat. Thuja plicata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir.
Nəhəng tısbağa
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir. Olduqca iri olan tısbağanın böyük ayaqları olsa da kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Nəhəng ulduzlar
Nəhəng ulduzlar — "Spektr-işıqlıq" diaqramında baş ardıcılıqdan üstdə nəhəng ulduzlar yerləşmişlər. Ötgün siniflərə (G-M) məxsus və təqribən M=+1m ulduz ölçüsünə malik olan az sayda ulduzlar nəhənglər qrupunu təşkil edirlər. Bu ulduzların işıqlığı Günəşinkindən 100–1000 dəfələrlə böyükdür. Nəhəng ulduzların effektiv temperaturları Günəşinkindən kiçik olduğundan onların işıqlıqlarının çox böyük olmasını əsasən radiuslarının çox böyük olması ilə izah etmək olar. Nəhənglərin radiusları Günəşinkindən 10, hətta 100 dəfəyədək böyükdür.
Nəhəng zirehli
Nəhəng zirehli (lat. Priodontes maximus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Fəsilənin ən iri nümayəndəsidir. Bu növ nəsli kəsilməyə həssas hesab olunur. Bədən uzunluğu 75 ilə 100 sm, çəkisi 18 ilə 32 kq arasındadır (qapalı vəziyyətdə 60 kq-a qədər). Nəhəng zirehli hazırda yayılmış ən böyük zirehlidir. Onların zirehi yüksək dərəcədə hərəkətlidir və çoxsaylı seqmentlərə bölünür. Uzunluğu 50 sm-ə qədər olan quyruq beşbucaqlı pulcuqlarla örtülmüşdür. Canlının zirehi qəhvəyi bir rəngə malikdir, qarnı isə nisbətən açıq rəngdədir. Boruya bənzər ağzında 100-ə qədər diş vardır.
Nəhəng zirehlilər
Nəhəng zirehlilər (lat. Pampatheriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin armadillər dəstəsinə aid heyvan fəsiləsi.
Nəhəng çala
Nəhəng çala (rus. исполиновы котлы, ing. kettle holes) — evorzion çuxur eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahillərində yaranır.
Nəhəng Avstraliya şeypurçusu
Nəhəng Avstraliya şeypurçusu (lat. Syrinx aruanus) — olduqca böyük olan dəniz ilbizi. Yeganə növ ilə təmsil olunan Syrinx cinsinə daxildir. Böyük ehtimalla dünyanın ən böyük ilbizləridir. Molyusk çanağının uzunluğu — 91 sm, ümumi çəkisi — 18 kq. Çanaqların çoxunun ölçüsü — 25 sm qədər. Çanağının rəngi açıq rənglidir, lakin molluskun həyatı boyu qəhvəyi və ya boz periostrakum (qabığın xarici nazik təbəqəsi) ilə örtülür. Qabıq açıq sarı rəngə boyana bilir. Tipik olaraq, qıvrımların düyünlər şəklində qalınlaşma ola biləcəyi açıq bir nöqtəsi var. Çanağın sifonu uzundur.
Nəhəng ağ ayı
Nəhəng ağ ayı - heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin ağ ayı növünə aid heyvan yarımnövü. Bu ayılar nəhəng ölçüləri ilə seçilirdi. Uzunluğu 4 metr, çəkisi isə 1.2 ton təşkil edirdi. Bu canlıların Pleystosen epoxasına aid dirsək sümüyü Böyük Britaniya ərazisində aşkarlanmışdır. Çox böyük ehtimal ki, onlar Qonur ayı ilə Ağ ayını arasında bir həyat tərzi keçirmişlər. Onlar qida azlığından tələf olmuşlar.
Nəhəng cənub fırtınaquşu
Nəhəng cənub fırtınaquşu (lat. Macronectes giganteus) — olduqca iri, yırtıcı quş. Növ Fırtınaquşular (Procellariidae) fəsiləsinə, Fırtınaquşukimilər (Procellariiformes) dəstəsinə daxildir. Növ ilk dəfə alman həkimi, botanik və zooloqu İohan Qmelin Fridrix (alm. Johann Friedrich Gmelin‎, 1748–1804) tərəfindən 1789 ildə Odlu Torpaq arxipelaqına daxil olan İsla-de-los-Estados adasında aşkarlamışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növdən biridir. Yamayış arelı əsasən Cənub okeanı akvatoriyası üzərində yerləşən məkandır. Nəhəng şimal fırtınaquşu ilə arealının üst-üstə düşməsinə baxmayaraq nisbətən cənubda yayılmışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növ öz fəsiləsinin ən iri quşlarıdır. Qanadları arasında məsafə 185–205 sm, çəkisi isə 2,63–5,24 kq təşkil edir.
Nəhəng dəniz iblisi
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir. Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.
Nəhəng qaraciyər sorucusu
Nəhəng qaraciyər sorucusu (lat. Fasciola gigantica) — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ. Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur.
Nəhəng yapon salamandrası
Nəhəng yapon salamandrası (lat. Andrias japonicus) — Andrias cinsinə, Suda-quruda yaşayan quyruqlular fəsiləsinə aid olan növ. Ölçülərinə görə dünyanın ikinci ən böyük salamandralarıdır. Rekord isə 1,8 m uzunluqlu Nəhəng çin salamandrasıdır İlk dəfə 1820-ci ildə alman realist janrında əsərlər yazan Filip Frans fon Zimbold tərəfindən qeydə alınmışdır. Bu zaman o, Yaponiyanın Naqasaki prefekturasına daxil olan Deşima adasında yaşayırdı. O, ovlanmış salamandranı Hiderlandın Leyden şəhərinə göndərmişdir. Yaponlar onların ətindən yararlanır və onu dilekates hesab edirlər Bu növ salamandralar Yaponiya adalarının endemik canlısıdır. Onlar əsasən Honşu adasının qərbi, Şikoku bütün ərazisində və Kyuşuda yayılmışlar. Nəhəng yapon salamandrası xariçi görünüş baxımından Nəhəng çin salamandrasına (lat. Andrias davidianus) bənzəsədə yalnız başında olan ziillərinə görə fərqlənir.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.
Nəhəng şimal fırtınaquşu
Nəhəng Şimal fırtınaquşu (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876–1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir. Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür, Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur.

Digər lüğətlərdə