oferta

Müqavilə bağlamaq niyyətində olan şəxsin bir və ya bir neçə konkret şəxsə ünvanlanan, müqavilənin mühüm şərtləri göstərilən və bu şəxsin təklifinə cavab verən hər bir şəxslə onun müqavilə bağlamaq iradəsində olduğunu göstərən təklif

oferent
oğurluq
OBASTAN VİKİ
Oferta
Oferta - razılaşdırmanın əsas şərtlərini özündə əks etdirən formal təklif. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsində ofertanın anlayışı və onunla bağlı normalar əksini tapmışdır. Həmin Məcəllənin 408.1-ci maddəsində qeyd olunmuşdur ki, "müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin". Ofertanın verildiyini müəyyənləşdirməyə kömək edən bir neçə qayda mövcuddur. Oferta o zaman etibarlı hesab olunur ki, o: oferent vasitəsilə ünvan sahibinə verilməlidir; ayrıca şəxsə, şəxslər qrupuna və ya bütün dünyaya ünvanlana bilər; aydın və birmənalı olmalıdır; "qeyri-ciddi sözlərdən", əlavə məlumat almaq üçün sorğudan fərqləndirilməlidir. Oferta üçün gecikmiş aksept yeni oferta sayılır. SEC FAQ on tender offers Essential Contract Law, Geoff Monahan.

Digər lüğətlərdə