OVÇULUQ

is.
1. Ovçunun işi, peşəsi, məşğuliyyəti.
[Şəmsi bəy:] Piri baba, bunlar mənim ovçuluğumu lağa qoyub güldü, fəqət öz qüsurlarını açmaq istəmirlər. S.S.Axundov.
Bu gün [Buğac] … ovçuluq məharətini atasına da göstərəcək idi. M.Rzaquluzadə.

2. Təsərrüfatın, ov heyvanları, xüsusilə xəz dərili heyvanlar ovlamaqla məşğul olan sahəsi. Ovçuluq briqadası.
– Burada ovçuluq da çox inkişaf etmişdir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OVÇULUQ OVÇULUQ Bu isə uşaqda ovçuluq həvəsini artırardı (S.S.Axundov); SƏYYADLIQ, ŞİKARÇILIQ
OVÇU
OVÇUOTU

Digər lüğətlərdə