Pil boğazı
Pil boğazı (ing. Peel Sound) - Kanada Arktik arxipelaqına daxil olan Somerset adasını Uels Şahzadəsi adasından ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Lankaster boğazı, Barrou boğazı, Pill boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya (boğaz), Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu keçidin əsasını təşkil edir. Kanadanın şimalında Nunavut vilayəti ərazisində yerləşir. Mərkəzi hissədə eni 23 km təşkil edir. Boğazın şimalı istisna mərkəz və cənub hissədə Lok, Vivion, Preskott, Poudor, Ortik və Hibson adaları vardır. Şimalda Barrou boğazı, cənub hissədə isə Bello və Franklin boğazları ilə birləşir. Boğaz avqust ayında buzdan azad olsa da yenidən sentyabrın ortaları donur.