QƏNBƏRQULU
QƏNDAB
OBASTAN VİKİ
Qənd
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Qənd çörəyi
Qənd çörəyi (az-əbcəd. قند چؤرَگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır. 500 q ağ un 250 q şəkər tozu 250 q qatı yağ 1 mürəbbə qaşığı qabartma tozu 1 mürəbbə qaşığı hil tozu Qənd çörəyi hazırlamaq üçün ilk olaraq qatı yağı və hil tozunu əlimizlə hamar olana qədər ovuşdururuq. Az-az şəkər tozu əlavə edib hamar olana qədər qarışdırın. Unu az-az üstünə töküb yaxşı yoğurun. Hazırlanmış xəmir mətbəxdə 4 saat istirahət etsin. Dincəldikdən sonra bir az yoğurub, sonra xəmirdən bir fındıq ölçüsü götürüb və əlinizdə 180 dərəcə bir sobada 15 dəqiqə orta mərtəbədə şirniyyatın rəngi qızıla çalana qədər qoyun qalsın. Soba qabının yağlanmasına və ya yağdan təmizlənmiş kağıza ehtiyacı yoxdur. Sobanı 20 dəqiqə öncədən yandırın. Heç vaxt qatı yağı əritmirik, niyə ki bərk olmalıdır.
Qəsr qənd
Qəsr qənd-İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,826 nəfər və 1,586 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Bəhruz Qəndilov
Bəhruz Seyfəddin oğlu Qəndilov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1958-ci il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Ümumittifaq Kinematoqrafıya İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. Fəlsəfə elmləri doktoru, professor (2008). Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Bitərəfdir. 2000-ci il noyabrın 5-də 34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuşdur.
Lətif Qəndilov
Lətif Seyfəddin oğlu Qəndilov (31 avqust 1957, Bakı) — azərbaycanlı diplomat. Hal-hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lətif Qəndilov 31 avqust 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlmişdir. 1974–1978-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuş və təyinatla "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılmışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirmiş, 1983–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışmışdır. 1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 1986–1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir. 2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmış, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilmişdir.
Moğolların Qəndəhar mühasirələri
Moğolların Qəndəhar mühasirələri — Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı moğol qüvvələri 3 dəfə Qəndəharı mühasirəyə almışdır. 3 mühasirədə moğollar üçün uğursuzluqla nəticələnmiş və Səfəvi ordusu qalib gəlmişdir.Beləliklə, moğolların Qəndəharı ələ keçirmə istəkləri baş tutmamışdır. XVII əsrin ortalarında Səfəvi imperiyası ilə Moğol imperiyası arasında ərazi münaqişələri meydana çıxdı. Bu münaqişələrin meydana çıxdığı ərazilər müasir Əfqanıstan ərazilərini təşkil etməkdədir. Kabul və Qəndəhara nəzarət edən dövlətin bütün regiona nəzarət etdiyi hesab edilirdi. 1630-cu illərdə Qəndəhar şəhərini idarə edirdisə, moğollar da Kabil şəhərini idarə edirdilər. Münaqişəyə yol açan əsas dəyişiklik isə 1638-ci ildə baş verdi. Beləki, Səfəvlərin Qəndəhardakı hakimi Əli Mərdan xan öz dövlətinə xəyanət edərək moğollara sığındı və şəhərin idarəetməsini onlara verdi. Bundan sonra iki imperiya arasında münasibətlər pozuldu. This event provoked further tensions between the two empires.
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.
Qəndaharın mühasirəsi (1737-1738)
Qəndaharın mühasirəsi- 1737-ci ildə Nadir şah Əfşarın Hotakilərin sonuncu qalası sayılan Qəndaharı ələ keçirmək üçün Əfqanıstanın cənubuna qoşun yeritməsi ilə başlayan hərbi yürüş. Səfər 1737-ci ilin iyul ayında başladı və 1738-ci ilin mart ayının 24-ü sonuncu Hotaki şahı Hüseyn Hotakinin məğlubiyyəti ilə sona çatdı. 1729-cu ildə Təhmasibqulu xan əfqanları ölkədən qovduqdan sonra 1730-cu ildə hotakilər üzərinə hücum edərək Qəndaharı yenidən ölkə ərazisinə birləşdirməyi planlaşdırmışdı. Lakin baş verən bir sıra hadisələr Nadirin bu planlarını təxirə saldı. Bu zaman sonuncu hotaki şahı Hüseyn Hotaki Qəndaharı əfşar hücumundan qorumaq üçün Herat əbdalilərini Nadir xana qarşı üsyana təhrik etdi. Bu üsyan Nadir xanın Osmanlılara qarşı apardığı kompaniyanı dayandırmasına və əsas diqqəti Heratın yenidən Səfəvi imperiyasına birləşdirməsinə gətirib çıxardı. 1732-ci ilin fevral ayının 27-də Herat şəhəri süqut etdi. 1736-cı ildə Nadir şah özünü şah elan etsə də hələ də keçmiş Səfəvi hüdudlarına tamamilə sahib ola bilməmişdi. Muğan düzündə çox ciddi bir məsələnin həlli ilə məşğul olduğu vaxtda da Nadir Qəndəhara yürüş etmək planını götür-qoy edir, bu yürüşün təfərrüatını sərkərdələri ilə məsləhətləşirdi. Nəhayət, Muğan düzündəki mərasimlər və qonaqlıqlar başa çatandan sonra Nadir Qəzvinə üz tutdu.
Qəndhar (Məlikan)
Qəndhar (fars. قندهار‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.176 nəfər yaşayır (237 ailə).
Qəndibulaq (İcrud)
Qəndibulaq (fars. قندي بلاغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (15 ailə).
Qəndilli (Üskü)
Qəndilli (fars. لقنديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (26 ailə).
Qəndir İsmayılov
Qəndoman
Gəndüman — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Gəndüman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,578 nəfər və 1,388 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Qəndxili (Çaldıran)
Qəndxili (fars. جنگ تپه‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qəndəhar
Qəndəhar ( puşt. کندهار kand̪ahɑr - Qəndəhar , dəri قندهار / qandahɒːɾ / və q.yun. Ἀλεξάνδρεια Ἀραχωσίας q.yun. Ἀλεξάνδρεια Ἀραχωσίας Ἀλεξάνδρεια Ἀραχωσίας - Alexandria Araxozias) - Əfqanıstanın cənubunda bir şəhər. Ölkənin ikinci ən böyük şəhəridir. Şəhər eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İskəndərin yürüşləri zamanı Araxoziya adı altında qurulmuşdur . Şəhərin yerli əhalisi əsasən müasir puştunların əcdadları idi. I əsrə qədər yunan yazıçısı İsidore Xarakskiy tərəfindən bura yunan şəhəri kimi təsvir edilir. 18-ci əsrdə Qəndəhar, Əfşarilər sülaləsindən olan İran şahı Nadir tərəfindən tutularaq məhv edildi. Yaxınlıqda Nadir şah yeni bir şəhər - Nadirabad qurdu .
Qəndəhar vilayəti
Qəndəhar vilayəti (puşt. کندھار; fars. قندهار‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu. Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər, inzibati mərkəzi Qəndəhar şəhəridir. Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir. 2006-cı ilə olan məlumata əsasən: Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi. Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi.
Qəndəharın mühasirəsi (1605-1606)
Qəndəharın mühasirəsi (1605-1606) — 1605-ci ilin noyabrından 1606-cı ilin yanvarına qədər davam etmiş mühasirədir. Mühasirənin səbəbi Səfəvi ordusunun keçmişdə özünə aid olan Qəndəhar şəhərini Moğol imperiyasından geri almağa çalışması olmuşdur. İki aylıq mühasirədən sonra Səfəvi ordusu uğur qazana bilməmiş və geri çəkilməyə məcbur olmuşdur. Mühasirənin nəticəsi moğollar üçün qələbə ilə sonlanmışdır. XVI əsrin sonları Səfəvi imperiyası üçün çox ağır keçmişdi. 1578-ci ildə başlamış müharibə 1590-cı ildə Osmanlı imperiyasının qələbəsi ilə sonlanmış və imzalanmış İstanbul müqaviləsi ilə Səfəvi imperiyası böyük torpaqlar itirmişdir. Osmanlı cəbhəsi ilə yanaşı Səfəvilərin şərqdə də böyük problemləri mövcud idi. Xorasana aramsız özbək hücumları ilə yanaşı, bir qədər cənubda moğollarla da Qəndəhar üstündə mübarizə kəskinləşməkdə idi. 1595-ci ildə moğol ordusu Qəndəhara yaxınlaşdı. Şəhərin Səfəvi hakimi Müzəffər Hüseyn Mirzə ilə aparılan danışıqlar nəticəsində şəhər moğol ordusuna təslim edildi.
Seyfəddin Qəndilov
Seyfəddin Mirtağı oğlu Qəndilov (26 sentyabr 1930, Tərtər – 20 iyul 2010, Bakı) — əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (1999–2010). Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953–1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür. Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır. S. Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalədə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil etmişdir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitabların və çoxsaylı elmi məqalələrin müəllifi və redaktoru olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmışdır. Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi "Avropa Təhlükəsizliyi", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr" kitabları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair elmi məqalələri, Azərbaycan tarixinə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm televiziya çıxışları, respublikanın müxtəlif guşələrindəki məruzə və mühazirələri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Səadət Qəndilova
Səadət Tağı qızı Qəndilova — Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru. Səadət Tağı qızı Qəndilova 1967-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirib. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib. 1974-cü ildən universitetdə müəllim işləməyə başlayıb. ADİU-nun Həmkarlar İttifaqı Komitəsi sədrinin müavinidir. Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İdarəetmə” bölməsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının üzvüdür. "Tərəqqi" medalı ilə təltif olunub.
Səfəvi Qəndəharı
Səfəvi Qəndəharı və ya Səfəvi imperiyasının Qəndəhar vilayəti — Səfəvi imperiyasının Qəndəhar şəhərinin ətrafından ibarət, şərqdə yerləşən vilayətlərindən və Xorasan inzibati bölgəsinin 4 əyalətindən biri. Qəndəhar özü də daha kiçik inzibati vahidlərə bölünmüşdü. Onlar bu bölgələr idi: Bost-Qeresx, Zəmindavar, Duki, Çutiyali, Qərmsir-e Qəndəhar, Guriyan və Həzaraların tayfa bölgəsi. Sonuncuya Qalat bölgəsi də daxil idi. Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası ilə birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib dövründə isə, ortaq özbək düşmənlərinin mövcudluğuna baxmayaraq, böyük siyasi və iqtisadi mərkəz olan Qəndəhar şəhərinə hakimlik uğrunda mübarizə başlandı və şəhər əldən-ələ keçdi. Şah Təhmasib Qəndəharı geri qaytarmaq üçün 1537-ci ildə yürüşə başladı. Qəndəharın moğol hakimi Xacə Kalan müqavimətsiz şəhəri qızılbaşlara təslim etdi. Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı — Qəndəhar mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Bu şəhərə sahib olan dövlət Hindistana gedən ticarət yollarından gələn böyük vergilərə də sahiblik edəcəkdi. Səfəvi imperiyası bu şəhəri ilk dəfə 1537-ci ildə I Təhmasibin dövründə ələ keçirdi, lakin növbəti əks-hücuma keçən Böyük Moğol imperiyası şəhəri geri qaytara bildi. Lakin Böyük Moğol imperiyası hökmdarı Hümayun hakimiyyətdən devrildikdən sonra şah I Təhmasibdən yardım istədi və Cənubi Azərbaycanın Sultaniyyə şəhərində baş tutmuş görüşdə razılığa gəlindi ki, taxta geri dönməsinə ediləcək hərbi yardımdan sonra Hümayun bunun qarşılığında şiəliyə keçəcək və Qəndəharı I Təhmasibin oğlu Murad Mirzənin xeyrinə güzəştə gedəcəkdi. Belə də oldu, lakin Murad Mirzənin qısa müddət sonra ölümü ilə bu şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrildi. 1545-ci ildə Osmanlı ilə Səfəvi imperiyası arasında olan müharibədən istifadə edən moğollar şəhəri ələ keçirirlər, Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı. 1590-cı illərdə Səfəvi imperiyasının pis vəziyyətindən yararlanan moğollar şəhəri yenidən ələ keçirdilər, 1620-ci illərin əvvəllərində isə Səfəvilər şəhəri yenidən geri qaytardılar. Bundan əvvəl isə, Şah I Abbas Qəndəharı mühasirəyə almış, lakin uğursuz olmuşdu. 1622-ci ildə yenidən Səfəvi imperiyası hakimiyyəti altına qayıdan şəhər 1638–ci ildə yenidən əl dəyişdirdi və bu hal 1649-cu ilə qədər davam etdi. Bu ildə II Abbas şəhəri uğurlu yürüşlə geri qaytardı və onun şəhərə yerləşdirdiyi qarnizon uğurla moğolların 3 mühasirəsini dəf etməyi bacardı.
Qəndilli
Qəndilli (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Qəndilli (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Qəndilli (Duzluca)
Qəndilli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kəndin adı 1912-ci il qeydlərində Astavlı kimi qeyd olunur.

Digər lüğətlərdə