QƏRƏC

(Şahbuz)
meyvə puçalı
QƏRƏBİL
QƏRƏÇƏ
OBASTAN VİKİ
Qərəcə xalçaları
Qərəcə xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzinin Təbriz qrupuna aid olan Qərəcə xalçaları qədim və zəngin tarixə malikdir. Şəkildə təsvir olunan xalçanın adı Təbrizdən şimal — şərq istiqamətində yerləşən Qərəcdağ rayonunun adı ilə bağlıdır. Bu rayonun mərkəzi Axar — Azərbaycanın qədim şəhərlərindən biridir. Bu mahalda istehsal olunan xalçalar Mərənd xalça sənətinin təsiri altında inkişaf edirdi. Mərənd Azərbaycanın ən qədim xalçaçılıq məntəqələrindən biri olub, Axardan təqribən 100km məsafədə yerləşir. "Qərəcə" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə düzülmüş çoxbucaqlı və pilləli göllərdən və başlıqlardan ibarətdir. Həndəsi naxışlarla bəzədilmiş bu xalçalar bədii tərtibatına görə "Şirvan" tipli xalçalarla oxşardır. "Qərəcə" xalçalarının rəng xüsusiyyətləri bu rayonda olan bağların, güllüklərin və çəmənlərin bolluğu ilə təyin olunur. Onlardan təbii və davamlı boyaq maddələri əldə edilir. "Qərəcə" xalçaları, adətən uzunsov olur.