Qanlıqala
Qanlıqala — Yuxarı Qarabağda Tərtərçay dərəsində qala adı. Başqa adı Lacınqaya.
== Tərtərçay tarixi ==
Tərtərçay vadisi Kiçik Qafqazda yerləşir. Tərtərçay vadisinin ən mühüm abidələrindən biri Xotavəng məbədi kompleksidir. Tərtər çayının sol sahilində inşa edilmiş bu abidə əfsanəyə görə İsanın 12 şagirdindən biri olan apostol Faddeyin qəbri üzərində, I əsrdə tikilmişdir. Halhazırda mövcud olan məbəd kompleksi, əsasən, XIII əsrdə inşa edilmiş baş kilsədən, yardımçı binalardan, bir neçə sövmədən, Şərab istehsalı 38 Müqəddəs Yelisey məbədində daşda atlı təsviri, emalatxanasından, mehmanxana binasından, qurbangahdan və bütün bunları əhatə edən qala divarlarından ibarətdir. Məbədin yazılarından birində burada Qarabağın Xaçın hökmdarlarından bir çoxunun və hətta XIII əsrin görkəmli Alban hökmdarı Həsən Calalın arvadı Mina xatunun dəfn olunduğu göstərilir.Xotavəngdə XIII əsrin görkəmli Alban ziyalısı Mxitar Qoş da olmuş və orada xatirə üçün nişanda da qoymuşdur.Tərtər dərəsinin ən mühüm abidələrindən biri də məşhur alban tarixçisi Moiseyin doğulduğu Kalankat yaşayış yeridir. Murov dağının cənub ətəklərində, Tərtərçayın sağ sahilində, hər tərəfi meşə ilə əhatə olunmu bu şəhər təbii-coğrafi cəhətdən gözəl bir guşədə salınmış və kiçik dağ çayı ilə iki hissəyə bölünmüşdür. Əvvəlcədən qeyd edək ki, şəhər hərbi strateji baxımdan son dərəcə əlverişli bir yerdə olub, bütün keçidlərdə dairəvi bürclərdən ibarət xüsusi qaraulxanalarla əhatə olunmuşdur. Bürclərin içərisi, daha doğrusu birinci mərtəbəsi, silah saxlamaq üçün istifadə olunmuşsa, II mərtəbə ancaq əsgərlərin dayanması üçün nəzərdə tutulmuşdur.