Qanlıquzey dağı

Qanlıquzey dağıBabək rayonu ərazisində dağ (hünd. 1538,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun  eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının cənub-qərbə yönəlmiş Sarıbulaq tirəsində zirvə. Sirabçayın sol sahilində, Sirab mineral su bulağından 3 km şimal-şərqdədir. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Qaraqaya sinklinalının nüvə hissəsində yerləşir. Zirvə hissəsindən, həmçinin şimal-şərq və cənub-qərb yamaclarından fay və fay-yerdəyişmə qırılmaları keçir.[1]

Qanlıquzey dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1538,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.