Əkin qaraçörəkotu
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü.
Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərqlənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur.
Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.