Qasırğa
Qasırğa — isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir.
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.
Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir.