"Qeyrət" nəşriyyatı
"Qeyrət" nəşriyyatı — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən nəşriyyat. Nəşriyyatın direktoru Samir Tarverdiyevdir.
== Tarixi ==
"Qeyrət" nəşriyyatı 1997-ci ildə rəsmi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.
== Mətbəəsi ==
Nəşriyyatın ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mükəmməl mətbəəsi vardır.
== Fəaliyyəti ==
Nəşriyyatda Naxçıvan regionunun tarixinə, arxeoloqiyası və etnoqrafiyasına, zəngin təbiəti və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edilir.
Tədris prosesi ilə əlaqədar bütün materiallar – jurnallar, blanklar, formalar və fənn proqramları bu nəşriyyatda nəşr edilib, universitetin struktur bölmələrinə çatdırılır. Həmçinin universitetin elmi "Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni, habelə elmi konfransların materialları da bu nəşriyyatında çap olunur.